İcarə taksi – məktəbəqədər təhsilə gedən yol

qutliari

Kürtlər kənd sakini 55 yaşlı Şəhri Babayevanın iki az yaşlı nəvəsi var. 5 yaşlı Sofiya və 4 yaşlı Aylin. Onlar vaxtlarının çoxunu televizor qarşısında keçirirlər. Çünki onlar bağçaya gedə bilmirlər. Buna maddi vəziyyətlərinin yaxşı olmaması mane olur. Şəhri xanım bizimlə söhbəti zamanı bildirdi ki, o kənd məktəbində müəllimə işləyir. Məktəbdən evə qayıdnda isə vaxt olanda onların təhsili ilə məşğul olur. Çalışır ki, onların ev şəraitində təhsil almasına yardımçı olsun. Amma onu da bildirdi ki, ev şəraitində onlarla məşğul olmaq yaxşı nəticə vermir.

Kənd ərazisinə ən yaxın bağça Marneuli şəhərində yerləşir. Şəhri Babayeva onu da bildirdi ki, uzaq olduğu üçün nəvələrini apara bilmirlər. Buna imkanları yol vermir. Amma imkanı olan valdeyinlər isə öz övladlarını apardığını deyir.

Şəhri Babayevadan fərqli olaraq 57 yaşlı Rəfiqə Bayramova öz 3 yaşlı nəvəsi Rəfiqəni Marneulidə fəaliyyət göstərən bağçaya qoyub. Onun sözlərinə görə bağçaya getməyə başlayandan bu günə kimi nəvəsindəki fərqi hiss edir.

Rəfiqə deyir ki, kənddə bağça olsaydı, işləri asan olardı. Rəfiqə dedi ki, Kürtlər kəndində Sovet hakimiyyəti zamanları bağça fəaliyyət göstərib. Həmin bağça 1983-cü ilədə tikilmişdir və təxminən 7 il fəaliyyət göstərmişdir.

Həmin bağçada bu gün üç ailə yaşayır. Onların orada yaşaması nə dərəcədə qanunidir. Köhnə bağçanın əsasında yeni bağçanın açılması üçün imkanları var, yoxsa yox. Marneulinin uşaq bağçaları birliyinin rəhbəri Zaur Kərəmovun dediyinə görə uşaq bağçası Marneuli bələdiyyəsinin balansındadır.

Marneuli bələdiyyəsində 72 kənd mövcudur. Burada isə 13 bağça fəaliyyət göstərir. Daha ikisinin isə istifadəyə veriləcəyi gözlənilir. Bu bağçalardan 5-i şəhərdə 8-i isə kəndlərdə fəaliyyət göstərir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register