Avtomobillərin texniki baxışı üçün öhdəliklər və sanksiyalar

teqnikuri datvaliereba

Dövri olaraq müəyyən olunmuş qaydada texniki təftişdən keçməyən maşınların sürücüləri 50 lari mabləğində cərimə olunacaqlar. 2018-ci il 1 yanvardan etibarən maşınların texniki baxışdan keçirilməsi məcburi olacaq. Biz bu barədə məlumatlarının olub olmaması ilə bağlı əhali arasında sorğu keçirdik.

Sorğudan da görünür ki, əhalinin əksəriyyətinin dəyişikliklə bağlı məlumatları yoxdur. Biz İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Quru Nəqliyyatı şöbəsinin direktoru Mixeil Xmaladze ilə əlaqə saxladıq. O bildirdi ki, dövri olaraq texniki baxışdan keçirilmə Gürcüstanda 2004-cü ildə ləğv olunub. O, texniki baxışın bərpası haqqında da danışdı.

“Bu gün Gürcüstanda olan avtoparklar kifayət qədər köhnəliblər. Təxminən 13 ildir ki, yoxlanılmır və real olaraq böyük hissəsi qaydasında deyil. Bu da təhlükəsizlikdən irəli gələrək Gürcüstanda dövri olaraq avtomobillərin texniki baxışdan keçməsinin bərpa olunması zərurətini yaradıb”.

Xmaladzenin dediyinə görə, müxtəlif tipli maşınların baxışdan keçirilməsi mərhələli şəkildə baş tutacaq.

“Bu gün ölkəmizdə təminən 9 min avtomobil hərəkət edir. Bütün bunların bir-iki ayda texniki baxışdan keçirilməsi təssüf ki, mümkün deyil. Maşınların əyləcləri yoxlanılacaq, hərəkət hissələri yoxlanılacaq, qabaq şüşəsinin yaxşşı vəziyyətdə olub olmaması yoxlanılacaq ki, sürücüyə qabağını görməyə mane olmasın, işıq sistemi yoxlanılacaq, sükan mexanizmi, təkərləri mütləq yoxlanılacaq”.

Mixeil Xmaladzenin dediyinə görə, yoxlanışdan keçiriləcək maşınların yaşının fərqi yoxdur. Texniki baxışdan keçirmək isə İqtisadiyyat Nazirliyinin akkreditasiya mərkəzində akkreditasiyadan keçmiş test mərkəzlərində həyata keçiriləcək.

Hakimiyyətin qərarına əsasən, texniki baxışdan keçməmiş maşınların idarə edilməsinə görə fiziki şəxs üçün 50 lari, hüquqi şəxs və ya fərdi sahibkar üçün 200 lari həcmində cərimə nəzərdə tutulur. Maşınların texniki baxışdan keçirilməsi qiymətinə gəlincə isə bu məbləğ hələlik dəqiq müəyyən olunmayıb. Bununla belə Xmaladze bildirdi ki, bu məbləğ təxminən 20 lari həcmində olacaq. Onun dediyinə görə, maşınların texniki baxışdan keçirilməsi küçələrdə daha təhlükəs maşınların hərəkət etməsi deməkdir və bu da yol nəqliyyat hadisələri riskinin və zərərli tüstülərin azalmasına səbəb olacaq.

“Marneuli” Radio

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register