8 noyabr İlia Çavçavadzenin doğum günüdür

ilia

Bu gün İlia Çavçavadzenin doğum günüdür. Biz maraqlandıq ki, Marneulii gənclər İlia Çavçavadzeni tanıyırlarmı və bu haqda küçədə apardığımız sorğunu dinləyə bilərsiniz.

– Əgər bilirsinizsə İlia Çavçavadze kim idi?
– Gürcüstanın yazıçısıdır.
– Sən bilirsənmi?
– Bəli, yazıçıdır.
– İlia Çavçavadze kim olub bilirsən?
– Xeyr, beso sən ki, bilirsən.
– İlia Çavçavadze kim olub bilirsən?
– Bilmirəm.
– Mən gürcü dilində bilmirəm.
– Siz bilirsiz İlia Çavçavadze kim olub?
– Hə, bilirəm. Özünüz baxın görəcəksiniz.
– Ilia Çavçavadze gürcü xadimi olub və Gürcüstan üçün çox şey edib.

İlia Çavçavadze 1837-ci ildə 8 noyabrda, Ğvareli kəndində dünyaya gəlib. Çavçavadze gürcü yazıçısı, şair, publisist, siyasi və ictimai xadim və Gürcüstanın milli-azadlıq hərəkatının lideri olub. İlia Çavçavadze “Gürcüstan xəbərləri” və “İveria” qəzetinin nəşrinin əsasını qoyub. Qəzetdə həmçinin onun publisistik yazıları da çap olunurdu. Nəciblik bankı yaratmışdı. Çavçavadzenin “Açrdili” “Qandaqeli” “Kacia adamiani” əsərləri ilə nəsillər böyüyür və bugünə qədə məktəblərdə tədris olunur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register