Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, idarəçi komandanın Prezidentliyə namizədindən danışmaq üçün hələ tezdir.
Davit Sergeenko Prezidentliyə namizəd olaraq müzakirə olunacaqmı sualına Parlamentin sədri cavab verib:
“Prezident seçkilərinə bir il qalır və namizəd biraz əvvəl elan ediləcək. İndiki mərhələdə heç bir namizəd müzakirə olunmayacaq. Prezidentliyə namizədlərin müzakirəsi seçkilər yaxınlaşanda başlayacaq”.
Gürcüstan Parlamentinin sədri bu haqda bu gün, 9 noyabr tarixində bəyənat verib.
Prezident seçkiləri 2019-cu ildə baş tutmalıdır.
marneulifm1106 Posts
0 Comments