Telavidə dünən gecə baş verən qətl hadisəsinin motivinin qısqanclıq və intiqam olduğu qeyd olunur

news4

30 yaşa qədər kişiyə vəzifə borcunu yerinə yetirərkən odlu silahdan atəş açılıb. Yaralanma nəticəsində o, yerindəcə dünyasını dəyişib.

Dünyasını dəyişən Roland Daudaşvilinin dostunun “İPN”-ə verdiyi məlumata görə, “İttiham olunan şəxslə dünyasını dəyişən şəxs keçmişdə eyni qızı sevirlərmiş”. Onun sözlərinə görə, güman ki, məhz qətlin səbəbi də bu olub.

Baş verənlə bağla rəhmətə gedən şəxsin ailəsi danışmaqda çətinlik çəkib. Onlar dostlar kimi qətlin səbəbi olaraq qısqanclıq və intiqam almağı qeyd ediblər, “çünki Daudaşvilinin heç kimlə mübahisəsi yox imiş”.

DİN-in məlumatına görə, baş verənlə bağlı istintaq 108-ci maddəyə əsasən başlayıb. Maddə qəsdən adam öldürməni nəzərdə tutur. Davamlı axtarış işləri gedir.

Mənbə: İpn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register