Nazirliyə zəng ediləndən sonra isinən məktəb

რ

Natia Mania Sadaxlı kənd məktəbinin gürcü dili müəlimidir. Dediyinə görə, 6 ildir ki, bu məktəbdə dərs deyir və həmişə də istilik problemi var.

“Sobaların qoyulması gecikdirilir, yazda isə əksinə tez götürürlər. Soba olanda da odun bütün dərslər yetərli olmur”.

Bu il iş o yerə çatıb ki, məktəbdə olan problemlə bağlı Təhsil Nazirliyinə bildirib. Bunu sosial şəbəkədə yayımladığı statusda da bildirib.

“Dəqiq bilmirəm nə olub. Amma zəng vurdun sonra qoşdular. Ardıcıllıq belə oldu. Mən zəng vurdum sonra nə olub bilmirəm”.

Biz Marneulinin bir neçə məktəbinə getdik ki, görək istilik qoşulub ya yox. Üç saylı məktəbdə biz gedən zaman istilik qoşulmamışdı. Ancaq direktorun sözlərinə görə, havanın pisləşməsinə görə biraz müddətə isitilik sistemi qoşulu imiş.

“Gördüm ki, uşaqlar qapı pəncərəni hər tərəfdə açıblar mən də söndürdüm”.

Marneulinin altı saylı ictimai məktəbində istilik sistemi hələ də qoşulmayıb. Bizi isə məktəbə buraxmadılar. Marneulinin məktəblərindən birinin şagirdi deyir ki, odun sobaları heç qoyulmayıbda.

“Bizə hələ ki, odun verilməyib və mərkəzi istilik sistemimiz də yoxdur. Hava soyuq və don olanda sinifdə soba olmur”.

Təhsil nazirliyinin nümayəndəsi izah edir ki, onlar tərəfindən məktəblərdə konkret istilik sisteminin qoşulması və ya söndürülməsi üçün vaxt qeyd olunmayıb. Bu tamamən məktəb rəhbərliyinin qərəraından asılıdır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register