Köməksizliyini təsdiqləməli olan 78 yaşlı qoca

78 yaşlı Eyyubov Məhəmməd yaşadığı evdə bu gün bayırdakı kimi yağış yağır. O, Marneulidən 24 km yerləşən Araflı kəndində yaşayır. Bir otaqlı sahədə mətbəx və yataq otağı kiçik masa ilə ayrılıb. Otaqda soyuq hiss olunur. Döşəmə betondur. Köhnəlmiş pəncərələrdən külək əsir. Soyuğa baxmayaraq odun sobası hələ də qoyulmayıb.
Məhəmməd Eyyubov toylarda müğənilik etməklə dolanırmış. Yaşlandıqda peşəsini tərk edib. Qocanın 7 övladı var. Heç biri ona diqqət göstərmir. Məhəmməd deyir ki, övladları Gürcüstanda yaşamırlar.
Onun 65 yaşlı həyat yoldaşı biz gedən zaman yemək hazırlayırdı. Pəri Abdullayeva deyir ki, özü də Məhəmməd də müalicəyə ehtiyac duyurlar.
Qoca danışır ki, təqaüdlə dolanırlar. 180 larini kommunal xərclərə, yemək və tibbi ehtiyaclara bölməkdə çətinlik çəkir. Məhəmməd Eyyubov sosial xidmətə dəfələrlə müraciət edib.
Sosial xidmət agentliyinin media ilə əlaqələr xidmətinin rəhbəri Tata Qamğrelidze təsdiqlədi ki, Muhəmməd Eyyubov ilk dəfə yardım üçün 2010-cu ildə müraciət edib və üç dəfə yoxlayışdan keçib.
Eyyubovun dediyinə görə, ona yaxın dostu maşın verib. Çünki oynaqlarında problem var və hərəkət etməkdə çətinlik çəkir. Tata Qamğrelidzenin dediyinə görə, Eyyubovun yoxlanmasından bir il keçib və onun yenidən sosial xidmətə müraciət etmək üçün hüququ var. Bu halda təsdiqləməli olacaq ki, avtomobilin sahibi o deyil və 7 övladı ona kömək etmir.
“Marneuli” Radio
Amil Məmmədov2286 Posts
0 Comments