Tənha Lida nənənin soyuq qışı

lida

“Lida – evə 100 lari verirəm. Nə qədər qənaət etmək istəsək də işıq, su, qaz üçün ən azı 20 lari lazım gəlir. Əlavə çörək üçün pul ayırıram. Çayla çörək yeyərək insan yaşaya bilər”.

75 yaşlı Lida Burnadze artıq dörd ildir ki, kirayə götürdüyü evdə tənha yaşayır. Lidanın həyatı Marneulidə başlamayıb, amma onun qocalığı bu şəhərdə keçir. Qışda tənha qarı üçün xüsusilə çətin olur. Onun aldığı pensiya yalnız dərmanlarına və yemək almağa yetir, evini isitmək üçün isə pulu qalmır. Bu il onun problemlərinə ayaqlarının ağrıması da əlavə olundu.

“Soyuqda durmaqdansa istidə yataram. Pulum olsa yandıraram istiliyi elə deyilmi. Mən 80 lariyə nə qədər dərman alıram. Gəlirlər baxırlar deyirlər balım yüksəkdi. Özləri görürlər ki, başqasının evində yaşayıram”.

Lida nənə gününü televizora baxmaq və ev bitkilərinə qulluq etməklə keçirir. Deyir ki, çoxdandır öz yaşıl dostlarını bir evdən başqa evə daşıyır. Lida nənə Marneulidə yaşadığı evi üç dəfə dəyişməli olub. Kirayə götürdüyü evə indi ayda 100 lari ödəyir.

“Bu bilirsən nə vaxtın çiçəyidir. 22 ildir ki, var”.

Lidanın bir övladı var. Nona artıq dörd ildir ki, Yunanıstanda çalışır və anasına oradan kömək edir. Lidanın dediyinə görə, övladı daim zorakılıq törədən ərindən qaçıb. Lida nənənin artıq üç nəvəsi və yeddi nəticəsi var. Buna baxmayaraq tənha yaşayır və yalnız onu arzu edir ki, öz övladına mümkün qədər tez qovuşsun.

“Elə darıxmışam ki, tək arzum bir dəfə görmək və qucaqlamaqdır. Bir övladım var. Onu da görə bilmirəm. Bu həyatdımı”.

Lida nənə deyir ki, gəncliyində gözəlliyi ilə seçilirmiş, məhz buna görə onu 15 yaşında olarkən qaçırıblar. Peşə təhsili almayıb, məktəbdə isə cəmi yeddi il oxuyub. Ailə qurduqdan sonra isə çay toplamaqla məşğul olub. Həyat yoldaşı dünyasını dəyişəndə 58 yaşı olub. Həmin vaxt Tetritskaro rayonunda yaşayırlarmış, bu gün də öz həyat yoldaşının sevgisi ilə yaşayır, onu da xatırladır ki, həyat yoldaşının vəfatından bir il keçdikdən sonra bir kişi elçi evlənmək təklif edib, o, isə evlənməyib.

“Elə həyat yoldaşım var idi ki, hamilə olanda dırnaqlarımı tutar, ayaqlarımı yuyardı. Mənə kiçik uşaq kimi qulluq edərdi”.

24 fevral yeganə gündür ki, o tənha başa vurmur. Onun 76 yaşı tamam olur, nənənin ad günündə nəvələri və nəticələri toplaşırlar. Lida nənə bu günü məhz ona görə xüsusilə gözləyir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register