Tamarisi kəndində sürətli hərəkət edən yük maşınları

tamarisi

Asfalt örtüyü olmasına baxmayaraq Tamarisi kəndinə daxil olduqda insanda sanki çınqıllı yolda yeridiyi təəssüratı yaranır. Buna səbəb kəndin sonunda yerləşən 3 daş karxanasıdır. Gün ərzində daş karxanasından kəndə bir neçə yük maşını hərəkət edir. Yük maşınları məktəb, park, yaşayış evləri və əhalinin əsas toplaşdığı meydanın yerləşdiyi mərkəzi yolla hərəkət edirlər. Yay aylarında əhalini yük maşınlarından qopan toz, qış aylarında isə palçıq narahat edir. Mariam Samxaradze Tamarisidə yük maşınlarının keçdiyi küçədə yaşayır.

“Yük maşınları kəndin yolları ilə hərəkət edirlər, baxmayaraq ki, kənaar yol var, o yol qəzalı vəziyyətdə olduğu üçün bu yolla getməyi üstün tuturlar. Bütün bunlar pis vəziyyət yaradır, çünki hər 10 dəqiqədən bir yük maşını keçir və bu da toz, tüstü səs-küy yaranmasına səbəb olur. Qısacası küçəyə çıxırsan, bir neçə maşınla rastlaşırsan”.

https://www.flickr.com/photos/144535053@N04/24439569938/in/dateposted-public/

Mariamın dediyi alternativ yol Tamarisi -Farizini birləşdirən 4 km-lik yol hissəsidir və Bolnisi bələdiyyəsinə aiddir. Bolnisi bələdiyyəsinin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tamar Xoperia bizimlə söhbəti zamanı qeyd etdi ki, Bolnisi bələdiyyəsi gələn il üçün yolun düzəlməsini planlaşdırmır. Çünki onun reabilitaiyası üçün 1 500  000 lari lazımdır. Bələdiyyə üçün isə indiki mərhələdə şəhərin daxili yollarının reabilitasiyası daha üstündür.

photo 1 (1)

Yük maşınlarının problemi yalnız Mariam Samxaradzeni deyil bütün kənd əhalisini narahat edir.

Tamarisi məktəbinin direktoru Mağvala Xareişvilinin dediyinə görə, yük maşınları şagirdlər üçün də təhlükə yaradırdı, buna görə də yola tramplin quraşdırdılar.

“Şagirdlər üçün təhlükə yaradırdı, biz məktəb olaraq özümüz tramplin quraşdırdıq ki, yavaş hərəkət etməsinlər. Artıq məktəbin önü ilə sürətlə hərəkət edə bilmirlər”.

23439668_874189576090812_1038837706_n

Mağvala Xareişvili onu da xatırladır ki, bir neçə il öncə məktəbin keçmiş direktoru və şagirdlər yük maşınlarının məktəbin önündən keçməsinə qarşı aksiya keçirmişdilər, lakin onların səyi nəticəsiz qaldı. Həmçinin, Tamarisi inzibati ərazi vahidinin səlahiyyətli nümayəndəsi Mirza Jorjolianinin səyləri də bir nəticə vermədi.

“Bələdiyyənin yardımı ilə yük maşınlarının hərəkətinin qadağan olunması ilə bağlı nişanlar qoyduq. Lakin bundan sonra da bu yolla hərəkət etməyə davam etdilər. Bizim onları saxlamaq hüququmuz yoxdur, buna patrul polisinin hüquq var. Mövzuya başqa xidmətlər baxmalıdır. Biz edə biləcəyimizi etdik. Patrul polisi gəlir, sahə müfəttişinə də bildirmişik, nə bilim, nə isə müəyyənləşdiriblər”.

photo 2 (1)

Patrul polisinin və məntəqə müffətişinin sürətli yük maşınlarına hansı sanksiyaları təyin etməsini araşdırmaq üçün biz Tamarisi kəndinin məntəqə müfəttişi ilə əlaqə saxladıq. O, indiki mərhələdə bizimə danışmaq istəmədi və gələn həftə üçün görüşməyimizi təklif etdi.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register