İçməli susuz qalan yeddi ailə

icmeli su

Daşdəmirov Faril  Marneuli rayonun Araflı kəndində yaşayır. Onun yaşadığı məhəllədə 7 ailə yaşayır. Farilin sözlərinə görə onun yaşadığı məhəllədə içməli su yoxdur. Onlar içməli suyu qonşu məhəllədən gətirirlər və qonşuların həyətində olan quyu suyundan istifadə edirlər. Dövlət tərəfindən içməli su xətti çəkilsədə onlar bundan istifadə edə bilmirlər. Onun dediyinə görə ana xətdə su var Onların xəttini isə ora qoşan yoxdur. Dəfələrlə müraciət etsələr də problem həll olunmamış qalıb.

icmeli su1

Farilin qonşuluğunda yaşıyan 75 yaşlı Rəfiyev Yasin və evdar bir xanıma rast gəldik. Qoca deyir ki, içməli suyu evlərinə kimi çəkiblər amma su gəlmir. Evdar ev xanımının sözlərinə görə isə onlar quyu suyundan istifadə edirlər.

icmeli su2

Məsələni aydınlaşdırmaq üçün Şulaver ərazi vahidliyinin icra nümayəndəsi Arif Əhmədovla əlaqə saxladıq. O, bizə bildirdi ki, o bu vəzifəyyə yeni təyin edilib və bu haqqda məlumatı yoxdur.

icmeli su

Məsələnin nə zaman həll olunacağı isə Şulaver ərazi vahidliyinin icra nümayəndəsi Arif Əhmədov problemlə ilə tanış olduqdan sonra məlum olacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register