Ümumtəhsil məktəblərində 2018-ci ildən etibarən dərsliklər dəyişdiriləcək

employee-news

2018-ci ildən etibarən ümumtəhsil məktəblərində 1-ci sinifdən altıncı sinfədək bütün dərsliklər dəyişdiriləcək. Bu barədə təhsil və elm nazirinin müavini Temur Murğulia, IPN-a müsahibəsində deyib.

Murğuliyanın sözlərinə görə, kitablar hazırkı dərsliklər mürəkkəb olduğuna görə dəyişdirilir. Bununla belə kitablarda hansı dəyişikliklərin olacağı barədə nazir müavini dəqiq məlumat vermir.

“Kitablarda hansı dəyişiklərin olacağına müəllif qərar verəcək. Milli tədris planı dərs prosesində hansı tələblərin olduğunu müəyyənləşdirir və bu tələblər çoxdur. Elmlərdə dəyişiklik və yeniliklər var, tarixi hissədə də dəyişikliklər var. 1-ci 6-cı siniflərdə tədris modelini dəyişdirdik – bu illər şagird üçün əzab illəri olmamalıdır. Dərslər oyunlarla paralel olaraq tədris edilməlidir. Buna görə də keyfiyyət istiqamətində tələblər radikal şəkildə dəyişib.” – deyə o bildirib.

Murğuliyanın dediyinə görə yuxarı siniflərdə vəziyyət tam tərsinədir. O, qeyd edib ki, şagirdlərə yalnız faktı təqdim etmək deyil, eyni zamanda onun analizini etmək bacarığı da aşılamaq lazımdır. Buna görə də yeni kitablar yalnız faktların toplanmasına deyil, həmçinin qabiliyyətə istiqamətlənmiş və tamamilə fərqli şəkildə olacaq.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register