Hakimiyyətdə struktur və kadr dəyişiklikləri

Kvirikashvili

 

Baş-Nazir Qiorqi Kvirikaşvilinin bəyənatına görə, Energetika Nazirliyi ləğv olunur. Müvafiq olaraq, İlia Eloşvili nazir portfelindən kənarda qalır. Kaxa Kaladze Tbilisinin mer seçkilərinə qoşudluqdan sonra o, həmin vəzifəni tutmuşdu.

Kaladzenin müəssisədən getməsindən sonra nazir müavini vəzifəsini ilk öncə İrakli Xmaladze Kaladzenin qərargahına keçərək tərk etdi və güman ki, Tbilisinin vitse-meri vəzifəsini tutacaq. Sonra Mariam Valiaşvili vəzifəsini tərk edərək “Socar Energo  Georgia”nın direkorluğu vəzifəsinə təyin olundu.

Baş-Nazirin bəyənatına görə, Energetika nazirliyinin funksiyasını İqtisadiyyat nazirliyi üzərinə götürəcək. İtisadiyyat nazirliyinə hal-hazırda Maliyyə naziri Dimitri Kumsişvili rəhbərlik edir.

Bundan əlavə, Ətraf mühitin və təbii resursların mühafizəsi nazirliyinin təbii resurslar komponenti yenidən bölünəcək və o, iqtisadiyyat nazirliyinin tabeçiliyinə keçəcək.

Qiorqi Mğebrişvili Daxili İşlər Naziri vəzifəsini tərk edir. O, fövqəladə halların idarəsi mərkəzinə rəhbərlik edəcək. Mərkəz böhranların idarəsi şurası və fövqəladə hallar agentliyinin birləşməsi nəticəsində yaradılıb və Baş-Nazirə tabe olacaq.

Daxili İşlər Naziri vəzifəsini İqtisadiyyat naziri Qiorqi Qaxaria tutacaq.

Qiorqi Mğebrişvili Daxili İşlər Naziri vəzifəsinə 2015-ci ilin 1 avqustunda təyin olunub. Ona qədər – 2014-cü ilin iyulundan 2015-ci ilin 1 avqustuna qədər o, Cəzaçəkmə və Probasiya naziri vəzifəsini tuturdu, daha əvvəl isə Kvemo Kartli qubernatoru olub.

Baş-Nazir Kvirikaşvilinin qərarına əsasən, Təhsil və Elm naziri Aleksandr  Cecelava  vəzifəsini tərk edib. Cecelavanı nazir vəzifəsində Tbilisi Dövlət Universitetinin prorektoru Mixeil Çxenkeli əvəz edəcək.

Aleksandre Cecelava Təhsil naziri vəzifəsində 2016-cı ildən çalışır. 2017-ci ildən isə o, Baş-Nazir müavini və hökumətin ictimaiyyətlə əlaqələr siyasətini idarə edirdi.

Gürcüstanın Baş-naziri Qiorqi Kvirikaşvilinin bəyəntaına görə, Ətraf mühitin mühafizəsi və təbii resurslar nazirliyi təbii resurslar hissəsinə bölünəcək. Hissə İqtisadiyyat nazirliyinə veriləcək, ona isə kənd təsərrüfatı əlavə olunub.

Baş-Nazirin bəyənatına görə, bir çox Avropa ölkələrinin təcrübəsi belədir. Yeni birləşmiş nazirliyə hal-hazırkı kənd təsərrüfatə naziri Levan Davitaşvili rəhbərlik edəcək, Qiqla Aqulaşvili isə Ətraf Mühitin Mühafizəsi nazirinin vəzifəsini tutacaq.

Maliyyə nazirinin vəzifəsini Mamuka Baxtadze tutacaq. O, hal-hazırda “Gürcüstan dəmiryolu”nun baş direktorudur. Maliyyə naziri Dimitri Kumsişvili isə yenilənmiş İqtisadiyyat naziri olacaq.

Mamuka Baxtadze 1982-ci ildə Tbilisidə anadan olub, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin və Texniki Universiteti bitirib; Lomonosov adına Moskva Dövlət Universitetinin magistr dərəcəsinə sahibdir. 2010-cu ildə İNSRAD-ın biznes məktəbində MBA kvalifikasiyası ilə təltif olunub. 2013-cü ilə qədər Gürcüstan beynəlxalq Energetika Kompaniyasında baş direktor vəzifəsində çalışıb.

Baxtadze 2013-cü ilin yazından “Gürcüstan dəmiryolu”na baş direktor olaraq təyin olunub. “Azad zona”nın məlumatına görə, bu vəzifəyə Bidzina İvanişvilinin övladı, Uta İvanişvili ona rekomendasiya verib.

Təhsil naziri vəzifəsini Mixeil Çxenkeli tutuacaq. Nazirliyin strukturu da dəyişilir. Xüsusən, Təhsil və Elm nazirliyinə  İdman və Gənclər Nazirliyinin gənclərin işinin idarəsi komponenti birləşir.

Mixeil Çxenkeli İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin prorektor vəzifəsinə 2016-cı ilin 1 noyabrından təyin olunub. O, TDU-nun prorektorudur.

Mixeil Çxenkeli TDU-nun riyaziyyat fakultəsini bitirib. İllər ərzində ABŞ-da, Pensilvaniya Universitetində çalışırmış. Həmin universitetdə riyaziyyat üzrə magistr və doktor dərəcəsini müdafiə edib. O, gürcü-Amerika universitetinin (QAU) təsisçilərindən biridir. Həmin unversitetin professoru, informatika və mühəndislik məktəbinin keçmiş dekanı və Vitse-Prezidentidir.

Mənbə: Netqazeti

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register