Merin Marneulidə ilk günü
Marneulinin ilk meri Temur Abazov bu gün, 13 oktyabr tarixində səlahiyyətlərinin icrasına başladı. Temur Abazovu deputatlar Tamaz Naveriani və Ruslan Hacıyev, bələdiyyə rəhbərinin vəzifələrini icra edən Zaur Tabatadze və Bələdiyyə Məclisi rəhbərliyinə namizəd Amiran Qiorqadze İcra Hakimiyyəti əməkdaşlarına təqdim etdi.
Temur Abazov İcra Hakimiyyətinin əməkdaşlarını salamladı, dəstəkləri üçün təşəkkür etdi və kadr dəyişikliyi barədə söhbət etdi.
“Hələlik onlarla tanış olmalıyam, iş zamanı hər şey müəyyən olunacaq. Bundan başqa yeni merlik sistemi mövcuddur və yerdəyişmələr, struktur dəyişikliklər olacaq. Bunun əsasında da tərkibi komplektləşdirəcəyik.”
“Marneuli” radiosunun mer köməkçilərinin kimlər olacağı barədə sualına cavab olaraq Temur Abazov müavin və əməkdaşlarla tanış olmadan bu barədə qərar verə bilməyəcəyini bildirdi.
Bildiyiniz kimi, bu gün ilk dəfədir ki gəlmişəm, müvafiq olaraq, müavinləri və əməkdaşları tanımadan bu barədə qərar qəbul edə bilməyəcəyəm. Bizə mütləq təcrübəli kadrlar, bilikli insanlar lazımdır ki, bu da bizim bələdiyyə üçün çox-çox vacibdir.
Marneulinin ilk meri üzərində işləməyi planlaşdırdığı prioritet məsələlərdən də danışdı.
Bildiyiniz kimi əhali ilə görüşlərdə suvarma suyu və içməli su, daxili yollar, küçələrin işıqlandırılmasını və s. vəd etmişdik, bunlardan başlamağı planlaşdırırıq.
Temur Abazov 2017-ci il yerli özünüidarə seçkilərindən sonra Marneulinin ilk meri seçilmişdi. Onu seçicilərin 69,71 faizi dəstəkləmişdi.
“Marneuli” radiosu
Amil Məmmədov2286 Posts
0 Comments