“Vətəndaş Büdcəsi” çərçivəsində daxil olan 107 layihədən 38-i maliyyələşdirilib

budce

Marneuli Bələdiyyəsində “Vətəndaş Büdcəsi” çərçivəsində üç ildir ki, vətəndaşlar şəxsi ideyalarının maliyyələşdirilməsinə cəhd göstərirlər. 2015-ci ildə layihənin həyata keçirilməsi Polşa təşkilatının dəstəyi ilə başladı və üç ildir davam edir. Bu il “Vətəndaş Büdcəsi” çərçivəsində daxil olan 107 layihədən 38 maliyyələşib. Teona Tkemaladze “Vətəndaş Büdcəsi”nin koordinatorudur və yerli özünüidarəetmənin hansı istiqamətləri prioritet hesab etdiyi haqda danışır.

“Şura infrastruktur layihələri prioritet layihələr olaraq tövsiyyə edib və əsasən içməli su, yol infrastrukturunun qaydaya salınması, küçələrin işıqlandırılması, dayanacaqların quraşdırılması, meydançaların bərpası və oxşar tipli layihələr maliyyələşdirilib”.

Tsereteli kəndindən üç vətəndaş layihə yazıb. Onlardan ikisi yol hissəsinin genişləndirilməsini və səkilərin düzəldilməsini istəyir. Layihə müəllifinin sözlərinə görə, maşınların yüksək sürəti və yolun dar olması xüsusən uşaqlara təhlükə yaradır. Layihələrdən avtobus dayanacağının inşası layihəsinin maliyyələşdirilməsinə qərar verilib. Səkilərin düzəldilməsi layihəsinin müəllifi Nana Xaradze isə bildirir ki, bir halda ki, onun layihəsi insan həyatına yönəlib, nə üçün onun layihəsini prioritet hesab etmədiklərini anlamayıb.

“Maşınlar hərəkət edir, yol o qədər dardır ki, dəfələrlə olub ki, gedirəm, arxamca maşın gəlir, gözləyir ki qarşıdan gələn maşın keçsin, balaca uşaqlar, şagirdlər tez tez mağazaya gedir. əgər söhbət insan həyatından gedirsə, insan həyatına təhlükədən gedirsə, bundan prioritet nə ola bilər?”

“Vətəndaş Büdcəsi”nin koordinatoru Teona Tkemaladzenin dediyinə görə, Tsereteli kəndində mərkəzi yolda səkilərin düzəldiməsi və yolun genişləndirilməsi probleminin həlli yerli özünüidarənin səlahiyyətinə daxil deyil, çünki həmin yol bələdiyyənin tabeçiliyində deyil.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register