Parlament azlıqları bu gün, 13 noyabrda Baş-Nazir Qiorqi Kvirikaşvilin haqqında danışdığı Parlament və struktur dəyişikliklərini qiymətləndirib
Parlament azlıqları bu gün, 13 noyabrda Baş-Nazir Qiorqi Kvirikaşvilin haqqında danışdığı Parlament və struktur dəyişikliklərini qiymətləndirib. Qiqa Bokeria və Qiqi Uqulavanın planlaşdırdığı dəyişiklikləri mənfi qiymətləndiriblər. Qiqi Uqulava hesab edir ki, hökumət üzvləri İvanişvili ilə yaxınlığa əsasən irəli gediblər.
Qiqa Bokerianın bəyənatına görə, xərclərin kütləvi şəkildə azaldılması olmasa, nazirliklərin mexaniki birləşdirilməsinin heç bir müsbət nəticəsi olmayacaq.
“Xatırladım ki, hökumətin iqtisadiyyatdan götürdüyü və bürokratiyaya, partiya yeniliklərinə və qohumlarına xərclədiyi pul ümumi daxili məhsulun 3%-dir. Hökumət bu gün iqtisadiyyatdan milyarddan çox məbləğ götürür, iqtisadiyyat ləng inkişaf edir və kasıblıq artıq. Ona görə də dəyişikliklərdə yalnız xərclərin azaldılmasının əhəmiyyəti ola bilər”, – bildirir Bokeria.
Onun sözlərinə görə, hökumət büdcənin nə qədər azaldığını və bunun nəyə sərf olunacağını təqdim etməlidir.
marneulifm1106 Posts
0 Comments