Qaçağanda merin ilk görüşü kişilərlə baş tutdu

kachagani 3

Temur Abazov ilk görüşünü Qaçağan kəndində keçirdi. Marneulinin yeni meri davam etməkdə olan içməli suyun bərpa işləri ilə yerində tanış olub. İçməli su probleminin həlli məqsədilə 248 min lari ayrılıb. Temur Abazovun dediyinə görə layihə yanvarda başa çatacaq.

Temur Abazov Qaçağana gedənədək yerli sakinlər kəndin mərkəzinə toplaşmışdı. “Marneuli” radiosu əhali ilə söhbət etdi və onların problemlərinə qulaq asdı. Bizimlə söhbətlərində əksəriyyət suvarma suyu, uşaq bağçası, daxili yollar, ambulatoriyanın həll olunmamış qalan və kəndin inkişafına mane olan problemlər olduğunu bildirdi.

kacebi

Sakinlər görüşdə məhz bu məsələni qaldıracaqlarını bildirsələr də Temur Abazovla görüşdə bunları dilə gətirmədilər. Temur Abazov isə bildirdi ki, onların problemlərini dinləyib və bu problemləri mərhələli şəkildə həll edəcəklər.

kachagani 2

Görüş zamanı yeganə sualı uzun zamandır ki qazılmış olan evinin yanından keçən yola görə narazı sakin verdi. Temur Abazov ona probleminin həll olunacağını vəd etdi.

kachagani 1

Qaçağan kəndində Temur Abazovla görüşdə yalnız kişilər iştirak edirdi. Görüşə gələnlərin dediyinə görə onların qadınlarına kəndin mərkəzinə gəlmək olmaz, bəziləri isə buna səbəb kimi onların yemək hazırlamasını göstərdi.

Göründüyü kimi Temur Abazov da yerli sakinlərlə razılaşır və qadınların yemək hazırlamalı olduğunu deyir.

Bu gün Qaçağanda Marneuli meri üçün səlahiyyətlərinin icrasının ilk günüdür. Temur Abazov Parlamentin deputatı, bələdiyyə məclisi sədrliyinə nammizəd və yerli özünüidarə orqanının əməkdaşları ilə birgə yerli kişilərlə görüşdü və içməli su probleminin həlli məqsədi ilə qalmış infrastruktur layihəsinin gedişi ilə tanış oldu.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register