Vaqonda alınan təhsil

Çanaxçı kəndinə qədər gedən yol çox uzun, eyni zamanda yorucu oldu. Buna yolun pis vəziyyətdə olması da əlavə olundu. Kəndə çatanda bizim diqqətimizi müxtəlif sinif otaqlarına bölünmüş, həyətdə duran altı dənən mavi vaqonlar çəkdi.
Uşaqlar 10 dəqiqəlik tənəffüsdə bayırda oynayırdılar, sonra isə zəngin səsi eşidilir və öz sinif otaqlarına qayıtdılar. Məktəb direktoru bizi müəllimlər otağına apardı.
Məktəbin indi 17 nəfər şagirdi var. Direktorun dediyinə görə, onların əvvəl iki mərtəbəli məktəb binaları var imiş. Ermənistanda baş verən zəlzələdən sonra bina uçub, vaqonlarda isə 2004-cü ildən təhsil almağa başlayıblar. Köhnə məktəb binasında 100-dən çox şagird var imiş. Uşaqların azalmasına səbəb olaraq o, əhalinin kənddən getməsini bildirdi. Onların indi 12 müəllimi var və əksəriyyəti erməni dilində danışır.
Direktorun sözlərinə görə, yeni məktəb binası üçün Təhsil nazirliyinə ərizə ilə müraciət ediblər.
Biz bir neçə sinifdə dərs prosesini müşahidə etdik.
Sinif otaqlarında köhnə taxta döşəmədə yarğanları örtmək üçün böyük dəmir parçaları vurulub.
Divarlarda isə uzun illərdən qalmış yarım aboylar var idi.
Bir neçə qapının heç cəftəsi də yoxdur.
Uşaqlar gözəl məktəb arzusu ilə yaşayırlar. Səkkizinci sinifdə 3 şagird təhsil alır, biz gedən zaman onların erməni dili dərsi idi.
Çanaxçı kəndinin məktəbi bu il birinci sinifə bacı-qardaşı qəbul edib. Uşaqlar xüsusi ehtiyacı olanlardır və onların xüsusi müəllimi yoxdur. Direktorun dediyinə görə, multidissiplin qrupunu gözləyirlər ki, uşaqların durumunu qiymətləndirsinlər.
Marneuli Resurs Mərkəzinin direktoru Kənan Ömərov deyir ki, Elm və Təhsil nazirliyində Milli Tədris Planları üzrə Departamentdə inkluziv təhsil idarəsi mövcuddur, onlar isə Çanaxçı məktəbinin xüsusi ehtiyaclı uşaqları haqqında dəqiq məlumatları var. Onun sözlərinə görə, multidissiplin komandası yaxın gələcəkdə onların məktəbinə gələcək.
Məktəbin direktoru, Manana Manukian 32 ildir ki, Çanaxçı kəndində çalışır. O, Yerevanda Universiteti bitirib və bu kəndə bölünmə nəticəsində düşüb. Ondan sonra 29 ildir ki, direktor olaraq çalışır. Onun sözlərinə görə, uşaqlar erməni, alman, ingilis və gürcü dillərini öyrənirlər. Manana öz işini çox sevir və ümid edir ki, onların mütləq yeni məktəbi olacaq.
Çanaxçı kəndi Marneuli bələdiyyəsinin Ağkörpü icmasında yerləşir. Kəndin uşaq bağçası yoxdur. İndiki məktəbdə doqquz sinifin təhsil alması mümkündür. 12-ci sinifi bitirmək üçün uşaqlar Ağkörpü kəndinə getməli olurlar.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments