“Кто за? кто против?” – üçüncü çağırış bələdiyyə məclisinin son iclası

sxdoma 2

Marneulinin üçüncü çağırış bələdiyyə məclisinin sonuncu iclasını keçirdi. Yerli özünüidarəetmə binasının kiçik zalında deputatların bir hissəsi, bələdiyyə məclisinin sədri Nəbi Abdullayev və onun müavini Valer Metreveli altı əsas məsələni müzakirə etdilər. Üçüncü çağırış bələdiyyə məclisinin iclasında Marneulinin yeni meri, Temur Abazov da iştirak edirdi. İclasda müzakirə olunan altı məsələni deputatlar yekdilliklə qəbul etdilər.

sxdoma1

İlk çıxış edən maliyyə-büdcə şöbəsinin rəhbəri Vüqar Məmmədov oldu. O, bələdiyyənin 9 aylıq büdcəsinin hesabatı haqqında danışdı.

“Bu ilin büdcəsində 4 milyon gəlir nəzərdə tutulub. Ancaq bu gün 2 milyon 900 min daxil olub. Faktiki olaraq 1 milyon 100 min lari itgidir. Ancaq mən hər gün danışıram ki, bu 1 milyon 100 min lari büdcə üçün 10 min demək deyil. Əgər gəlirlər dəqiq yerinə yetirilsə başqa vergilər də yerinə yetirilmiş olacaq. 300 mindən çox məbləğə video kameralar alınıb və DİN-in hissələrində saxlanılır”

Nəbi Abdullayev Marneulinin üçüncü çağırış bələdiyyə məclisinin sədri olaraq 2014-cü ilin 14 iyulundan təyin olunub. 1984-1993-cü illərdə Marneulinin 6-cı trestində, müxtəlif vəzifələrdə çalışıb, 1993-2013-cü illərdə kommersial işlərlər məşğul olub. Nəbi Abdullayev bələdiyyənin çalışmasını müsbət qiymətləndirir.

Marneulinin üçüncü dəvəti Parlamentində 33 deputat var idi, 8 fraksiya və 5 bələdiyyə komissiyasından ibarət idi. Yeni dördüncü dəfə dəvət olunan bələdiyyə məclisinin 35 deputat olacaq, onlardan 4 müxalifət partiyasının majoritarları olacaqlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register