“İnsanların əksəriyyəti kitab oxumağın əvəzinə daha sadə yolu seçir” – Qiorqi Kekelidze

33

Maka Menteşaşvili Marneulidə yaşayır. O, kitab oxumağı çox sevir. Ancaq yüklü iş qrafiki olduğuna görə kitablar üçün yalnız axşam vaxt tapır. Yay fəsli isə onun üçün kitablara daha çox vaxt ayırdığı dövrdür.

“Maksimum dərəcədə çalışıram ki, oxuyam. Ancaq konret istiqamət seçməmişəm. Hərdən sadə mövzularda kitablarla da maraqlanıram. Məsələn Nobel Mükafatı qazananlar haqqında kitab oxuya bilərəm”.

Maka tələbəlik dövründə aktiv şəkildə kitablar toplamağa başlayıb. İndi evdə şəxsi kitabxanası var və çalışır ki, yeni kitablar əlavə etsin. Marneuli kitabxanası 7 aydır ki, açılıb. Maka zamanı olmadığına görə tez-tez oraya gedə bilmir.

“Bütün gün məşğulam axşam isə kitabxana bağlı olur. Ona görə də ən rahat evdə oxuyuram. Buna görə alınmır yoxsa elə gözəl mühit düzədiblər ki, kitabxanada oxumaq daha yaxşı olardı”.

Marneuli kitabxanasının kitabxanaçısı Maia Menteşaşvili deyir ki, indiyə kimi 800-dən çox oxucu qeydiyyatdan keçib. 2500-dən çox kitab aparılıb. Əsas tələb bədii ədəbiyyatadır.

“Görmə problemi olanlar üçün bir kompüter adaptə olunub. Hər yaşda adamlar kitabxanadan istifadə edə bilir. 6 yaşlı uşaqdan başlamış 80 yaşdan yuxarı şəxslərə kimi”.

Maka Menteşaşvili Təkəli kəndində gürcü dili müəllimidir. Özünün dediyinə görə uşaqlar az kitab oxuyur.

“Orada kitab seçimi çoxdur. Bəzi kitablar neçə dilə tərcümə olunsada yuxarı sinif şagirdləri də bu haqda məlumatlı deyil. Uşaqlar bəzən kitab yoxdur deyə şikayət edirlər. Kitabxana var amma bədii ədəbiyyat yoxdur”.

Nihat Məmmədov Kürtlər ictimai məktəbinin 11-ci sinif şagirdidir. O, etiraf edir ki, məktəb fənnlərindən əlavə kitab oxumur.

Dərs kitablarından başqa kitab oxumuram. Həm vaxtım olmur, həmdə doğrusunu desəm marağım yoxdur. Bir aralar marağım var idi. Elektron kitablar yükləyib oxuyurdum. İndi isə oxumuram”.

Biz maraqlandıq ki, əhali nə dərəcədə aktiv olaraq kitab oxuyur və bunun üçün küçədə sorğu apardıq.

Parlamentin Milli Kitabxanasının direktoru Qiorqi Kekelidze öz layihəsi “Ekvilimbrium” çərçivəsində bir çox kəndlərə gedir və kənd məktəbləri və kitabxanalarına kitab ehtiyatı verir. Özünün dediyinə görə, bədii ədəbiyyatı güclə sevdirmək çətin işdir.

“Bədii ədəbiyyatı sevmək elə asan deyil. Ancaq tanış edib göstərəndə artıq şagirdin işidir ki, nə dərəcədə maraqlanacaq. Ancaq buna müvafiq tədrisi yanaşma texnikası lazımdır. Eləcə də müvafiq kadrlar lazımdır. Buna təməlli dəyişiklik lazımdır. İnsanların çoxusu çalışır ki, oxumağın asan yolunu tapsın”.

Qiorqi Kekelidzenin sözlərinə görə insanların çoxu kitab oxumağın asan metodunu seçirlər, bu məlumat almaq üçün internet vasitə və ya başqa media növləri olacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register