Statistika Agentliyi – siyahıya almaya əsasən, Gürcüstanda əhalinin sayı azalıb və göstərici 3,7 milyondur

2014-cü ildə aparılan siyahıya alma nəticəsində məlum olub ki, Gürcüstanda əhalinin sayı azalıb və onun göstəricisi 3,7 milyondur. Bunun səbəbi isə əsasən böyük miqrasiya və millətin erkən qocalmasıdır, – bu haqda bu gün baş tutan mətbuat konfransında Milli Statistika Agentliyinin icraçı direktor müavini Tengiz Tseqvava bildirib. Onun sözlərinə görə, Gürcüstanda böyük miqrasiya prosesi 1990-cı və 2000-ci illərin birinci yarısında qeydə alınıb. Ona görə də “Bu düşməyə görə bizim doğuş səviyyəmiz yaxın illərdə azalacaq”.
Onun sözlərinə görə, Gürcüstanda əhalinin qocalma prosesi gedir və o, 2014-cü ilin durumuna görə təqribən, 21%-i təşkil edir.
Mənbə: İpn.ge
marneulifm1106 Posts
0 Comments