“Tamarisidə artıq böyük yük maşınları hərəkət etməyəcək” – Tamarisi inzibati ərazi vahidinin müvəkkili

tamarisi

Tamarisi kəndində 20 tondan artıq yük maşınları hərəkət etməyəcək. Bu haqda “Marneuli” radiosuna Tamarisinin inzibati ərazi vahidliyinin müvəkkili Mirza Jorjoliani bildirib.

“Srağa gün məntəqə müfəttişi gəlmişdi və birgə karxanaya getdik. Xəbərdarlıq etdik ki, əhali narahatdır. Böyük yük maşınları hərəkət edən karxanadır, dedilər başqa yoldan hərəkət edəcəklər daha kənddən keçməyəcəklər. 20 ton çəkidə kamazlar yenə hərəkət edəcək, çəkisi dahaartıq olan maşınlar isə yox”.

Mirza Jorjolianinin dediyinə görə, 20 tondan çox çəkisi olan yük maşınlarının xidmət göstərdiyi karxana Tamarisi-Farizini birləşdirən, alternativ yola çınqıl tökülməsi istəklərinin olduğunu bildiriblər ki, yük maşınları həmin yolla hərəkət etsinlər və kəndə girməli olmasınlar. Eyni zamanda kiçik yük maşınları da yüklənməyəcək və çınqıllı yolda toz yaratmayacaq, bu isə əhaliyə narahataçılıq yaratmayacaq. Jorjoliani eləcə də qeyd edir ki, karxana ilə bu növ danışıqlar əvvəl də olub.

“Əvvəl də xəbərdarlıq edirdik unudurdular. Yenə xəbərdarlıq edirdik.Həmişə bu rejimdəyik”.

Jorjolianinin dediyinə görə, karxanalara əvvəl də xəbərdarlıq ediblər. Amma onlar yenidən Tamarisi kəndi ilə hərəkət etməyə davam edirlərmiş. Böyük yük maşınları yaşayış məntəqəsi ilə hərəkət etməyə davam edəcəklərmi bu hal-hazırda karxananın insafına bağlıdır.

“Marneuli” radiosu Tamarisi əhalisinin xahişi əsasında, 5 gün bundan əvvəl, bu mövzu ilə bağlı sujet hazırlamışdı. Sujetdə əhali yük maşınlarının yaratdığı narahatçılıqdan danışırdı. Tamarisi sakinlərinin sözlərinə görə, yük maşınları yaşayış məntəqəsindən hər 20 dəqiqədən bir keçirlər. Səs-küy yaradırlar, sürətlə hərəkət edirlər, çınqıl yola tökülür və buna görə də əhalini yayda toz qışda isə palçıq narahat edir.

“Marneuli” Radisou

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register