5 yaşlı Əsmərin ikinci həyatı

y 2

5 yaşlı Əsmər Təkəli  kəndində yaşayır. Valideyinləri onun eşitmə qabiliyyəti ilə bağlı problem olduğundan 1 yaşı olarkən xəbər tutublar. Buna baxmayaraq Əsmərin anası həyat yoldaşından övladının problemini gizlədib. O, buna səbəb kimi həyat yoldaşının ürək xəstəliyindən əziyyət çəkməsini göstərir. Elə buna görə də, mütəxəssislər Əsmərə anadan olduqdan 1 il keçdikdən sonra müdaxilə etməyə başlayıblar. Əsmərin nənəsi Məhluqə İsmayılova deyir ki, onun israrla təkidindən sonra valideynləri uşağı bir ildən sonra həkimə aparıblar. Həmin vaxt ilkin diaqnoz – eşitmə qabiliyyətinin olmaması diaqnozu qoyulub.

23634778_939546896209799_184586952_n

2 il öncə Əsmər ilk dəfə əməliyyat edilib, 9 ay öncə isə ikinci dəfə əməliyyat olunub və ona koxlear implant qoyulub. Əsmərin nənəsi Məhluqə deyir ki, artıq altı aydır ki, nəvəsi aparat vasitəsilə səsləri eşidə bilir.

Xüsusi müəllimlər Əsmərə eşitmə və nitq qabiliyyətinin inkişaf etdirilıməsində kömək edirlər. Nənə və nəvə hər gün 36 kilometr yol qət edərək Təkəlidən Qızılhacılıda yerləşən “Erkən müdaxilə mərkəzi”nə gəlirlər. bura Əsmərin ictimai həyata qoşula bildiyi yeganə yerdir. Burada onunla birlikdə daha 9 eşitmə qüsurlu uşaq reabilitasiya keçir. Tbilisidən dəvət olunmuş xüsusi pedaqoq Ketevan Marqvelaşvili Əsmərə nitq qbiliyyətinin inkişafında kömək edir və deyir ki, erkən yaşda diaqnoz qoyulması vəziyyəti həmişə dah da yaxşılaşdırır.

“Əsmər bura gələrkən artıq Koxlear əməliyyat olunmuşdu. Biz indi onun diqqət və eşitmə qabiliyyətini inkişaf etdiririk və parallel olaraq nitq qabiliyyəti üzərində də işləyirik”.

y5 y 3

Qızılhacılıda “Erkən müdaxilə mərkəzi” üç ildir ki fəaliyyət göstərir. Bu gün mərkəzdən 10 nəfər faydalanır. Mərkəz isə tamamilə yerli özünüidarənin büdcəsindən maliyyələşdirilir və bunun üçün 65 000 lari ayırılıb. Mütəxəssislər burada erkən müdaxilə təcrübəsindəki problemlərdən danışırlar. Bu məsələ ilə bağlı bu gün məlum oldu ki, 2018-ci il 1 martdan etibarən doğum evləri yeni doğulmuş körpələrin eşitmə qabiliyyətinin skrininqini həyata keçirməmyə məcburdurlar. Skrininq proqramı 2007-ci ildən yalnız Tbilisi və Acarıstanda həyata keçirilirdi. Bu məqsədlə bu gün Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi və “Welfare foundation” qeyri hökumət təşkilatının təşkilatçılığı ilə klinika nümayəndələri ilə görüş keçirildi. Layihə haqqında “Welfare foundation” təşkilatının nümayəndəsi Simon Qabriçidze ilə danışdıq.

“Əgər ilkin mərhələdə problem aşkarlanarsa çox asan şəkildə ona kömək etmək mümkün olacaq. Əgər doğum evində il ərzində 500-dən az uşaq doğularsa belə doğum evlərinə dövlət həmin eşitmə aparatını əldə etməkdə kömək edəcək. Digər klinikalar özləri əldə etməli olacaqlar”.

Mart ayından Marneulidə doğulmuş hər bir körpə üçün eşitmə qabiliyyətinin skrininqi pulsuz keçiriləcək. Anadan olarkən eşitmə qabiliyyəti yoxlanılmayan Əsmər İsmayılova ilk səsi 5 ildən sonra eşitdi. Əsmər üçün dünya səslərini eşitmək gec başlasa da davam edir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register