“Gürcü dilini kifayət qədər mənimsəmiş və danışan soydaşlarmızın sayı çox olacaq” – Azәrbaycan Respublikasının sәfiri Dursun Hәsәnov

sefirlik

Bu gün, 15 noyabr tarixindә Azәrbaycan Respublikasının Gürcüstandakı sәfirliyinin binasında Gürcüstanda qeydiyyatdan keçmiş və əsasən gənclərin işi istiqaməti üzrə fəaliyyət göstərən QHT rəhbərləri və nümayәndәlәri, fəal gәnclәr və Gürcüstan ali məktəblərində təhsil alan tәlәbәlәrlә görüş keçirildi. İlk olaraq çıxış edәn sәfir Dursun Hәsәnov bildirdi ki, Azәrbaycan hökumәti gәnclәr proqramını hәyata keçirmişdir vә bu proqram bu gün dә davam edir. O, qeyd etdi ki, gәnclәrin ictimai siyasi-hәyata qoşulmasında, ali tәhsil almasında Azәrbaycan hökumәti hәr zaman dәstәk olub vә bundan sonra da olacaq.

sefirlik-8

Səfir onu da əlavə etdi ki, “gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə 2017-ci il 15 sentyabr tarixində “Azərbaycan gəncliyi 2017-2021 illərə dair” Dövlət proqramı təsdiq edilmişdir və sözügedən proqramın həyata keçirilməsi üçün dövlət qurumlarının, diplomatik nümayəndələrmizin qarşısına öhdəliklər qoyulmuşdur. Sevindirici haldır ki, Azərbaycanın ən yaxın müttəfiqlərindən olan dost və qonşu Gürcüstanda da gənclərin işi dövlətin xüsusi diqqət göstərdiyi sahələrdəndir. Hər zaman sizi narahat edən məsələlərlə bağlı səfirliyin məsul əməkdaşları ilə görüşə bilərsiniz” – bildirib səfir.

sefirlik-6

Sәfrin çıxışından sonra söz gәnclәrә vә QHT nümayәndәlәrinә verildi. Çıxış edənlərdən Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosasiyasının sәdri Әli Bәdirov, Marneuli Gənclər Mərkəzinin layihə rәhbәri Emin Əhmәdov, Marneulidən olan fəal qadın Nәrgiz Әliyeva qeyd etdilər ki, bu gün gәnclәrin fəallığı əvvəlki illərə nəzərən çox artıb vә ilbәil artmaqda davam edir.

sefirlik-4

Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosasiyasının sәdri Әli Bәdirov və Şəxsi İnkişaf Universitetinin təsisçisi Rəşan Ziyadəliv Radiomuza müsahibəsi zamanı bildirdilər ki, bu cür görüşlərin keçirilməsi çox önəmlidir və gənclərmizin inkişafına təkan verəcək.

sefirlik-5

Aktiv tələbə Tural Ramazonov bildirdi ki, bu görüş onlar üçün çox məhsuldar oldu.

sefirlik-1

Tədbirdə bir çox problemlərə toxunuldu. Onlardan əsasən Azərbycan mədəniyyəti, Azərbaycan milli mətbəxi, təhsilin inkişafı və Gürcüstanda Azərbaycan dilində televizyanın açılması kimi məsələlər müzakirə mövzusu oldu.

sefirlik-3

Görüşün əsas məqsədi haqqında danışan Azәrbaycan Respublikasının Gürcüstandakı sәfirliyinin üçüncü katibi Ağayeva Samirə “Marneuli” Radiosuna müsahibəsi zamanı bildirdi ki, səfirliyin əsas məqsədi QHT, fəal gәnclәr və tәlәbәlәrə gələcək fəaliyyətində və onlaraın işlərinə, təklifilərinə dəstək olmaqdır.

sefirlik-7

Xatırladaq ki, bu il Azәrbaycan vә Gürcüstan arasında diplomatik әlaqәlərin yaranmasından 25 il ötür.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register