Ombudsman Marneuli merinin seksist ifadəsinə rəy bildirib

saxalxo-damcveli-2

Xalq Müdafiəçisi Marneuli merinin bəyənatına rəy bildirib. Bəyənata əsasən Qaçağan kəndinin mərkəzində onunla keçirilən görüşdə qadınlar ona görə iştirak etmirlərmiş ki, “yəqin həyat yoldaşlarına yemək hazırlayırlar”.

“Xalq Müdafiəçisi hesab edir ki, ölkədə qadın bərabərliyi baxımından bu gün bir çox problemlər mövcuddur, onlardan biri, ən vacib problem isə qadınların sosial və siyasi həyatda iştirakı məsələsidir. Bunu nəzərə alaraq, ictimai və ya vəzifədə olan şəxslər tərəfindən oxşar yanaşma kişi və qadın üçün müəyyən olunmuş rollar haqqında mövcud olan diskriminasiyaya həvəsləndirən stereotiplərin əsasını qoyur və ictimai həyatda kişinin dominant vəziyyətini diqqətə çatdırır. Qeyd olunan məsələ isə təhlükə yaradır ki, gələcəkdə qadınlar cinsinə görə tez-tez diskriminasiyaya tabe olsunlar. Xüsusən gender baxımından alçaldıcı təcrübəyə dəstək və bərabər mühit yaratmaq öhdəliyi olan, şəhər meri tərəfindən buna həvəsləndirmək təəccüblüdür.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Xalq Müdafiəçisi Marneuli meri Temur Abazovu gələcəkdə seksist ifadələrdən çəkinməyi və öz işini həyata keçirmə prosesində regionda gender bərabərliyinə dəstək olmağa çağırıb” – deyilir ombudsmanın bəyənatında.

Marneuli meri Temur Abazov 13 noyabrda Qaçağan əhalisi ilə ilk görüş keçirib. Görüşdə yalnız kişilər iştirak edirmiş. “Gürcü Arzusu”nun seçilmiş meri Radio “Marneuli”nin jurnalistinin qadınların onun keçirdiyi görüşə gəlməməsi faktını necə dəyərləndirərdiniz sualına belə cavab verib: “İndi günortadır və yəqin həyat yoldaşlarına yemək hazırlayırlar”.

Radio “Marneuli” qeyd olunan mövzu ilə bağlı 13 noyabr tarixində material yayımlayıb.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register