Kaxa Kaladze – büdcəni bizim seçki proqramına uyğunlaşdırmaq istəyirik ki, söhbət açdığımız layihələri həyata keçirək

14103007_748763358560436_3142991465086174386_o

Büdcəni bizim seçki proqramına uyğunlaşdırmaq istəyirik ki, söhbət açdığımız layihələri həyata keçirək deyə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Tbilisinin birinci hökumət iclasında tapşırıqlar veriləcək ki, Tbilisinin 2018-ci ilin büdcə layihəsi sakrebulodan tələb olunsun.

“Büdcəyə gəldikdə isə hökumətin birinci iclasında büdcənin tələb olunması haqqında bizim tərəfimizdən tapşırıqlar veriləcək. Biz seçkiqabağı proqram təqdim etmişdik. Orada 4 illik inkişaf planı var idi və müvafiq olaraq büdcə lazımdır ki, layihələri həyata keçirək. Biz maliyyə nazirliyi ilə əməkdaşlıq edirik ki, mərkəzi büdcədən köçürülən məbləğ artmış olsun ki, daha əhəmiyyətli layihələrin 2018-ci ildə həyata keçirilməsi mümkün olsun”, – bildirib Kaladze.

Tbilisinin büdcəsi artıq sakrebuloya təqdim olunub.

Mənbə: ipn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register