Marneuli meri cinsi ayrı-seçkilik tərkibli ifadəsini brifinqdə təkrarladı

TEMUR ABAZOVI

Marneuli Bələdiyyəsinin yeni seçilmiş meri Temur Abazov bu gün Xalq Müdafiəçisinin bəyənatına rəy bildirib və brifinq keçirib. Mətbuat xidməti Tbilisidə yerləşən kütləvi informasiya vasitələrinə zəng vurub və yerli televiziyaları da dəvət edib. Ancaq  Marneuli Radiosuna brifinq haqda heç kim məlumat verməyib. Qeyd etmək lazımdır ki, Temur Abazovun 13 noyabr tatixində yalnız kişilərin iştirak etdiyi Qaçağan əhalisi ilə görüşü haqqında ilk məlumatı  Marneuli Radiosu yayımlamışdı. Radionun jirnalistinin qadınların onun keçirdiyi görüşə gəlməməsini necə qiymətləndirərdi sualına cavab olaraq mer bildirib ki: “İndi günoryadır və yəqin həyat yoldaşlarına yemək hazırlayırlar”. Həmin mövzuya Xalq Müdafiəçisi Uça Nanuaşvili rəy bildirib və merin ifadəsini seksist adlandırıb. Bugünkü brifinqdə isə Temur Abazov mediaya bildirib ki, onum bəyənatı seksist olmayıb.

“Mənim bəyənatım cinsi ayrı-seçkilik deyildi. Biz maksimal şəkildə çalışırıq və qadınlar maksimal şəkildə ictimai işlərdə iştirak edirlər. Bildiyiniz kimi, bizim burada işçilərin 60 faizdən çoxu qadındır”.

Temur Abazov Marneuli Radiosunu konteksti eybəcərləşdirməkdə günahlandırır.

“Demək istəyirəm  ki, mənim işlətdiyim ifadə kəsilmişdi, xoşbəxtlikdən bizdə tam versiyası var. Sizə videonu da verə bilərik ki, orada söhbətimi davam etdirirəm, demişəm ki, bilmirəm, günortadır, yəqin həyat yoldaşları üçün yemək hazırlayırlar. Niyə yoxdurlar, mən hardan bilim”.

Biz də materialın montaj olunmamış formasını sizə təqdim edirik:

Nana Sisvadze – “Cənab Temur, Marneulinin ilk meri kimi, bu gün Qaçağanın mərkəzində qadınların sizinlə görüşə gəlməməsini necə dəyərləndirirsiniz?”

Temur Abazov – “Necə dəyərləndirməliyəm? Yəqin indi günortadır, bildiyiniz kimi, yəqin həyat yoldaşları üçün yemək hazırlayırlar. Kim gəlmək istəyirdi, gəldi. Müvafiq olaraq, mənim üçün qadın da, kişi də məqbuldur. Mənim üçün fərqi yoxdur, kimin görüşmək arzusu var idi, onlarla görüşürəm”.

Nana Sisvadze – “Yəni qadınların sizinlə görüşmək arzusu yoxdurmu?”

Temur Abazov – “Belə deməzdim, yəqin indi məşğuldurlar, belə problemlərlə bağlı əsasən kişilər iştirak edirlər, müvafiq olaraq mənimlə görüşə kişilər toplaşıb”.

Marneuli bələdiyyəsinin feysbuk səhifəsində iki saat öncə yeni seçilmiş merin bəyanatı yayımlanıb. Buna vidomaterial da əlavə edilib. Mer bildirir ki, Marneuli radiosunun jurnalistinin eyni sualına kənddə olarkən bir neçə dəfə cavab verib. Lakin bələdiyyənin veb səhifəsində yayımlanmış və Marneuli radiosunun yayımladığı versiyanı qqeyri-ciddi adlandırır, Bəyanatda deyilir ki, bu məsələyə artıq cavab verilib. Jurnalist Nana Sisvadzenin dediyinə görə Qadınların iştirakına dair sualı yalnız bir dəfə verib.

Hüquq mühafizəçisi Baia Pataraianın fikrincə Temur Abazovun bugünkü brifinqdə etdiyi bəyənat onun birinci müsahibəsini yüngülləşdirmir

“Məndə elə təəssürat yarandı ki, ona yuxarıdan zəng vurub deyiblər ki, onun bəyənatı düzgün deyil, düzəltməlidir. Lakin necə düzəldəcəyini deməyiblər. Və real olaraq, bu bəyənatın daha öncə verilmiş bəyənatdan heç bir fərqi yoxdur. Marneulidə qadınların ictimai fəaliyyətlərdə və həyatda maksimal şəkildə fəal olduqları barədə bir neçə dəfə təkrar edilən ifadə tamamilə səhvdir. Əksinə, Marneulidə qadınların siyasi və ictimai həyatda iştirakı minimal həddədir. Konkret olaraq qadınların mer ilə görüşə gələ bilməməsi və ya gəlməməsi qadınların sosial həyatda fəallığının sıfıra bərabər olduğundan xəbər verir. Mer bu günə qədər Marneulidə qadınların siyasi və sosial həyatda fəallıq baxımından probleminin olmadığını düşünürsə, o, bu vəziyyəti düzəldə bilməyəcək, çünki nə bu problemi görmür, nə də bu problemin həlli yollarını”.

Temur Abazov bəyanatında Xalq Müdafiəçisini öz bəyanatlarına daha məsuliyyətli şəkildə yanaşmağa çağırır. Xalq Müdafiəçisi belə hesab edir ki, ölkədə qadın bərabərliyi istiqamətində bu gün də problemlər var, mühüm problemlərdən biri qadınların ictimai və siyasi həyatda iştirakı məsələsidir. Bunu nəzərə alaraq, cəmiyyət və ya vəzifəli şəxslər tərəfindən belə münasibət müəyyən olunmuş qadın və kişilərin rolları ilə bağlı mövcud diskriminasiyaları təşviq edən stereotipləri möhkəmləndirir və ictimai həyatda kişilərin hakim mövqeyini möhkəmləndir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register