Seçki plakatlarının sökülməsi üçün müəyyən olunmuş vaxt başa çatıb

plaketebi

Gürcüstan Seçki Məcəlləsinin 46-cı maddəsinə əsasən, seçkiöncəsi müddətdə öz posterlərini yapışdırmış partiyalar MSK seçkilərin yekun nəticələrini açıqladıqdan sonra iki həftə ərzində özləri həmin posterləri sökməyə borcludur. Posterlərin sökülməsinin son tarixi 15 noyabrda başa çatdı. Amma vaxt bitsə də, posterlər şəhərdə və kəndlərdə qalmaqda davam edir.

“Marneuli” Radiosunun 26 oktyabr tarixində efirə gedən sujetində xəbər verilmişdi ki, Marneulidə fəaliyyət göstərən partiyalar Dairə Seçki Komissiyası nəticələri açıqlayanadək öz arzuları ilə posterləri sökməyi planlaşdırırdılar. Hətta “Gürcü Arzusu” partiyası aksiya keçirərək bələdiyyənin qarşısındakı posterləri sökürdülər. Amma bu seçki posterləri şəhərin bir çox yerində və kəndlərdə qalmaqdadır.

Ən çox posteri “Gürcü Arzusu” və “Avropalı Gürcüstan” partiyası istifadə etmişdi.

“Avropalı Gürcüstan” partiyasının lideri Əhməd İmamquliyev bildirdi ki, seçkilərdən sonra Gürcüstanda olmadığına görə posterləri sökə bilməyiblər.

“Gürcü Arzusu” qərargahının sədri və Gürcüstan Parlamentinin deputatı Ruslan Hacıyevlə telefon əlaqəsi saxladıq. O, bildirdi ki, onların komandası tərəfindən posterlərin sökülməsi həyata keçirildi, ancaq posterlər çox olduğu üçün tam söküb qurtara bilməyiblər. “Gürcü Arzusu” partiyasının üzvləri bu işlərin görülməsini davam etdirəcəklər.

Marneulidəki digər siyasi partiyaların liderləri və nümayəndələri də bildirdilər ki, istifadə etdikləri posterləri təmizləyəcəklər.

Xatırladaq ki, posterlərin təmizlənməsi üçün müəyyən olunmuş vaxt ərzində heç bir partiya öhdəliklərini yerinə yetirməyib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register