İctimai Yayımçı bu gün milli və dini azlıqların nümayəndələri ilə əməkdaşlıq memorandumu imzaladı

1491137800_tv_pirveli-arxi-magali-xarisxit

“Gürcüstanda yaşayan milli və dini azlıqların məsələləri üzrə iş, İctimai Yayımçı üçün prioritet olur” – bu haqda İctimai Yayımçının baş direktoru Vasil Mağlaperidze bildirdi.

İctimai Yayımçı bu gün milli və dini azlıqların nümayəndələri ilə əməkdaşlıq memorandumu imzaladı. Mağlaperidzenin bildirdiyinə əsasən, media strategiya çərçivəsində bir neçə istiqamət nəzərdə tutulub. Onun dediyinə görə, əsas istiqamətlərdən biri Gürcüstanda yaşayan milli azlıqlara informasiyanı onların öz dillərində çatdırmaqdır.

Vebplatforma artıq 7 dildə əlçatandır. Ən qısa zamanda isə 1tv.ge-nin aplikasiyası istifadəyə veriləcək. Bu aplikasiya vasitəsi ilə, istifadəçinin istədiyi dildə informasiyaya abunə olmağı mümkün olacaq.

Bununla yanaşı İctimai Yayımçının baş direktorunun dediyinə əsasən Azərbaycan və erməni dilli radio verlişlərin hazırlanması planlaşdırılır. Vasil Mağlaperidzenin qeyd etdiyinə əsasən, paralel rejimdə İctimai Yayımçı regionlarda işini gücləndirir. Regionlarda milli və dini azlıqların mövzuları üzrə işləyən jurnalistlər seçiləcək.

“Bizim rəngarəngliyimiz böyük və vahid mədəniyyət yaradır. Bu gürcü dövlətçiliyinin simasını yaradır və biz buna çox böyük diqqət ayırmalıyıq. İctimaiyyətin bəzi dairələrində müəyyən gərginliklər var. Biz maksimal dərəcədə bu gərginliklərin aradan qaldırılmasına, ünsiyyətin təbii olmasına yardımçı olmalıyıq” – bildirdi Vasil Mağlaperidze.

 

məmbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register