Gürcüstan İKT-nin inkişafında 176 ölkə arasında 74-cü yerdədir
Gürcüstan dünya ölkələri arasında informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı reytinqində 74-ci yerdə qərarlaşıb.
“Marneuli” Radiosu xəbər verir ki, bu barədə çərşənbə günü Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yaydığı məlumatda bildirilir.
Respublika bu göstəriciyə görə keçmiş SSRİ dövlətləri arasında Rusiya (45-ci yer), Qazaxıstan (52), Moldova (59) və Azərbaycandan (65) geri qalsa da, Ermənistan (75), Ukrayna (79), Özbəkistan (95) və Qırğızıstanı (109) qabaqlayıb.
Postsovet məkanı ölkələrinin demək olar ki, hamısı dünya reytinq siyahısının yüzlüyünə düşə bilib.
MDB ölkələri arasında bu sahədə 176 ölkə içində 32-ci olan Belarus liderlik edir.
Qlobal reytinq siyahısında birinci yeri İslandiya tutub. İlk üçlüyə Cənubi Koreya və İsveçrə də daxil olub.
İlk onluqda həmçinin Danimarka, Böyük Britaniya, Honkonq (Çin), Niderland, Norveç, Lüksemburq və Yaponiyanın adı var.
BTİ yeni hesabatında informasiya-kommunikasiya texnologiyalarından istifadə indeksi nəzərə alınıb.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments