Uşaq Avroviziyasını keçirmək Gürcüstana 7 milyon lariyə başa gələcək

Uşaq Avroviziyasını keçirmək Gürcüstana 7 milyon lariyə başa gələcək. Bu haqda bu gün baş tutan mətbuat konfransında Milli Turizm Administrasiyasının rəhbəri, Qiorqi Çoqovadze bildirib.
Çoqovadze Netgazetiyə bildirib ki, xərclənən 7 milyon laridən ölkənin olduqca böyük səmərəsi olacaq. Təqribən bu məbləğ 7 milyonu təşkil edəcək və bütün təşkilatı məsələləri əhatə edəcək. Əsas nəticə odur ki, şou 20 ölkədə canlı yayımlanacaq. Gürcüstan haqda qısa çarxlar hazırlanacaq. Bu isə ölkənin tanınmasını artıracaq”, – bildirir Çoqovadze.
Uşaq Avroviziyası Tbilisidə 25-26 noyabrda keçiriləcək. Orada 16 ölkə iştirak edəcək. Biletlərin qiyməti 25 noyabrda olacaq əsas məşq üçün 3-15 lari, 26 noyabrda şou üçün isə 5-15 lari olacaq.
Mənbə: Netgazeti.ge
marneulifm1106 Posts
0 Comments