“Larinin dəyərdən düşməsi müəyən dərəcədə idxalatçıların fəaliyyəti ilə bağlıdır” – Arçil Mestvrişvili
Dolların məzənnəsi hiss oluncaq dərəcədə artıb. Bu gün səhər Marneulidə valyuta köşklərindən birində 1 dolların dəyəri 2.73 tetri idi. Biz yerli sakinlərdən onların iqtisadı durumuna bu dəyişikliyin necə təsir göstərdiyini soruşduq:
Larinin bahalaşmasından ticarətçilər də şikayətlənir:
Dollar ilə birgə avronun da qiyməti yüksəlib. Gürcüstan Milli Bankının bu günə olan qiymətlərinə əsasən 1 avro 3 lari 18 tetriyə bərabərdir. Netqazetinin yazdığına görə, Gürcüstan Milli Bankının prezidentinin müavini Arçil Mestvrişvili bildirib ki, larinin dəyərdən düşməsi müəyyən dərəcədə idxalatçıların hərəkətləri ilə bağlıdır.
“Gördüyümüz qədər əvvəllər yanvar-fevral aylarında dollar almağa başlayan idxalatçılar indi avqust ayından almağa başlayıblar və hal-hazırda bu daha da fəallaşıb ki, bu da gözləntilərlə əlaqədardır”, – deyə Mestvrişvili bildirib.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments