Fəaliyyət planının əsas məqqsədi köhnəlmiş çərçivədən çıxılmasıdır

1491137800_tv_pirveli-arxi-magali-xarisxit

Tolerantlıq günündə Gürcüstan İctimai kanalı və Gürcüstan Milli və Dini azlıqlar arasında memorandum imzalandı.

Memoranduma görə, tərəflər uzunmüddətli əməkdaşlıq barədə razılığa gəliblər və azad, demokratik, bərabərhüquqlu, ədalətli dövlət və cəmiyyətin formalaşmasında Gürcüstan Milli və dini azlıqlarının fəal iştirakına dəstəyi də qarşılarına məqsəd qoymuşlar.

İctimai yayım fəaliyyət planını yazıb ki, buna görə, milli azlıqların dilində media-məhsullar hazırlayacaqlar. Həmçinin azlıqların yalnız onlar üçün xüsusi məsələlərin müzakirəsinə deyil, həmçinin Gürcüstan üçün önəmli məsələlərin müzakirəsinə də qoşulmasını mühüm hesab edirlər. İşçi qrupun üzvlərindən biri, Mülki İnteqrasiya Fondunun direktoru Zaur Xəlilov qeyd edir ki, tolerantlıq daimi prosesdir ki, burada dövlətlə bərabər mətbuatın da üzərinə məsuliyyət düşür.

Bu mərhələdə artıq 7 dilli sayt hazırlanıb. Birinci kanalın mətbuat xidmətinin multimedia platformasının prodüseri İrakli Absandze deyir ki, gürcüdilli materiallar maksimal şəkildə operativ olaraq tərcümə olunur. Yeni ilədək Azərbaycan və erməni dillərində internet radionun yaradılması planlaşdırılır.

“Biz düşünmürük ki, onların funksiyası insanlara öz dilində ölkədə baş verən proseslər haqqında məlumat verməkdir. Əksinə, məqsəd həmvətənlərimizi dövlət dilini öyrənməyə, bu proseslərə qoşulmağa, müvəffəqiyyətli olmağa həvəsləndirməkdir ki, onlar ölkədə hər kəsin layiqli şəkildə yaşamaq imkanları olduğunu başa düşsünlər. Bu kiçik, lakin maraqlı təşəbbüs ondan ibarətdir ki, xəbərlər proqramının aparıcısı kimi biz qeyri-gürcü əməkdaşlar tapaq, o cümlədən bölgələrdə. Bu kiçik uğur tarixçəsi olacaq, yəni əgər sən öz taleyini bu ölkə ilə bağlamağa, dili yaxşı öyrənməyə, sonra bu peşədə çalışmağa qərar versən, buna nail olarsan“.

İctimai kanalın fəaliyyəti həmişə cəmiyyətin diqqəti altındadır. Dövlət subsidiyaları ilə çalışan mətbuata qarşı tələblər də çoxdur. 2000-ci illərdə milli azlıqlar üçün nəzərdə tutulmuş verilişlər mövcud idi. Lakin İrakli Absandzenin bu müsbət hal idi lakin diskriminasiya idi. Bu gün əsas məqsəd ictimai kanalın baxımlılığının artırılmasıdır. Baxmayaraq ki xəbərlər həmişə tərcümə olunurdu. Etnik azlıqların məskunlaşıdğı bölgələrdə tanınmırdı və kanalın rəhbərliyinin yeganə məqsədi reytinqi artırmaq idi. Marneulidə bu kanala baxıb baxmadıqları haqqında sorğu keçirdik. Bu sorğudan məlum oldu ki, Marneulidə milli azlıqların nümayəndələri İctimai kanalı izləmirlər.

İrakli Absandzenin dediyinə görə, Zaur Xəlilovun qeyd etdiyi kimi, memorandum açıq sənəddir və həmişə müzakirə oluna bilər.

Fəaliyyət planının əsas həm milli azlıq həm də milli əksəriyyət tərəfindən məqsədi köhnəlmiş çərçivədən çıxmaqdır. Xəlilovun dediyinə görə, İctimai kanala dövlət müəssisələri də qoşulmalıdırlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register