Akaki Zoidze – son bir il ərzində dərmanların qiyməti təqribən 15% artıb

Son bir il ərzində dərmanların qiyməti təqribən 15% artıb – bu haqda İPN-ə Parlamentin Səhiyyə Komitəsinin sədri Akaki Zoidze bildirib medikamentlərin dəyərində və milli valyutanın düşməsi ilə bağlı suallara cavab verib.
“Ən önəmlisi qiymətlərin artmasıdır və ona görə də məzənnə tablosuna heyrətlə baxırıq. Ümid etməliyik ki, artımlar faciəvi olmayacaq. Milli bankın səlahiyyəti çatarsa, ilk növbədə bu inflyasiya istiqamətindədir və mütləq müvafiq ölçülər götürüləcək ki, kursun dəyişməsi qiymətlərin uzun müddətli dəyişikliyinə təsir göstərməsin. Ümumiyyətlə, inflyasiya 6-7% çərçivəsində hərəkət edir, amma dərmanların qiyməti əsasən son bir il ərzində bahalaşıb”, – bildirib Zoidze.
Mənbə: İPN.ge
marneulifm1106 Posts
0 Comments