Tbilisi meriası sakrebulodan paytaxtın 2018-ci ilə olan büdcə layihəsini geri tələb edir

news4

Tbilisi meriası sakrebulodan paytaxtın 2018-ci ilə olan büdcə layihəsini geri tələb edir və yenisini təqdim edəcək. Tbilisi meri Kaxa Kaladze bu gün baş tutan hökumət iclasında bildirib ki, sakrebuloya təqdim olunacaq büdcənin yeni layihəsi seçkiqabağı kampaniya zamanı qeyd olunan layihələrin həyata keçirilməsinə dair qurulacaq.

“Seçkiqabağı kampaniya çərçivəsində əhaliyə əsas proqram təqdim etdik. Proqramda 4 illik fəaliyyət planı və həmin planın həyata keçirilməsi üçün müvafiq layihələrin həyata keçirilməsi yer alır. Bizim seçki proqramımız 7 əsas bənddən ibarət idi və onda Tbilisini narahat edən bütün problemlər təsvir olunub. Bu gün Tbilisinin sakrebulosuna təqdim olunan büdcədə bizim dəyişikliklər etməyə dair heç bir səlahiyyətimiz yox idi, çünki, sakrebulo trəəfindən hökumət təqdim olunmamışdı və biz müvafiq planları daxil edə bilməzdik. Büdcədə mütləq bizim 2018-ci ildə planlaşdırdığımız konkret layihələr yer almalıdır”, – bildiri Kaladze.
Mənbə: İpn.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register