Amiran Qiorqadze yeni Bələdiyyə Məclisinin sədri seçildi

sakrebulo

Bu gün 20 noyabr tarixində altıncı çağırış Bələdiyyə Məclisinin ilk iclası keçirildi. İclasa Gürcü Arzusu partiyasından deputat seçilmiş Amiran Qiorqadze rəhbərlik edirdi. Bələdiyyə məclisinin bu günkü iclasının gündəliyində sədr və sədr müavininin seçilməsi, bələdiyyə məclisinin hüquq və vəzifələri, bələdiyyə məclisinin üzvlərinin hüquq və vəzifələri, bələdiyyə məclisinin reqlamentinin təsdiq olunması, bələdiyyə məclisi aparatlarının nizamnaməsinin təsdiq olunması, həmçinin, mer və merlik vahidlərinin nizamnaməsinin təsdiq olunması, Gürcüstan hakimiyyəti tərəfindən müəyyən olunmuş bələdiyyədə maksimal əməkhaqqı çərçivəsində merin əməkhaqqının müəyyən olunması, merin və işçi heyətinin siyahısının təsdiq olunması var idi.
İclasda Amiran Qiorqadze səs çoxluğu ilə bələdiyyə məclisinin sədri seçilib. Ona 31 məclis üzvü etimad göstərib, 1 səs etibarsız sayılıb və Amiran Qiorqadzenin əleyhinə isə 2 nəfər səs verib. 19 oktyabr tarixində baş vermiş silahlı insident nəticəsində yaralanan Gürcü Arzusu partiyasından deputat seçilmiş Ceyhun Çovdarov iclasda iştirak etməyib.
Amiran Qiorqadze bələdiyyə məclisinin sədr müavini vəzifəsinə isə Mamuka Naveriani namizədliyini irəli sürüb. Gizli səsvermə nəticəsində o, səslərin əksəriyyətini toplayıb və sədr müavini seçilib.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register