Güman ki, Amiran Qiorqadzeyə bir səsi müxalifət verib

Marneuli Bələdiyyəsinin sakrebulo sədri olaraq Amiran Qiorqadzeni 31 səslə seçdilər.
35 deputatdan 3 deputat “Avropalı Gürcüstan” partiyasının, 1 deputat isə “Vahid Milli Hərəkat”ın nümayəndəsidir.
Sakrebulo iclasında “Gürcü Arzusu”nun Qızılhacılı ərazi vahidinin majoritar deputatı Ceyhun Çovdarov iştirak etmədi və müvafiq olaraq bu gün baş tutan səs vermədə də iştirak etmədi.
Qalan 34 deputatdan 31 Marneulinin “Gürcü Arzusu”nun keçmiş merliyə namizədi Amiran Qiorqadze yeni çağırılmış sakrebulonun sədri seçildi.
Sakrebulonun iki deputatı Amiran Qiorqadzeni dəstəkləmədi.
Səs hesablayan müvəqqəti komissiya bir deputatın səsini batil hesab etdi.
Güman ki, Marneulinin yeni çağırılmış sakrebulosunun bir müxalifətçi deputatı “Gürcü Arzusu”nun alternativ olmayan namizədini dəstəkləyib.
marneulifm1106 Posts
0 Comments