Marneuli icra hakimiyyəti bu gündən meria adlanacaq

marneuli_drosha

Bu gün, 20 noyabr tarixində Marneuli Bələdiyyəsinin altıncı çağırış sakrebulosunun ilk iclası keçirildi.

İclasda sakrebulo sədri və onun müavinlərini seçdilər.

İclasın gün qrafikinə əsasən, Marneuli meriasının administrativ xidmətinin rəhbəri, Nino Dekanoidze merianın struktur vahidlərinin sərəncamını təqdim etdi. Yerli özünüidarəetmə məcəlləsinin 50-ci maddəsinə daxil olan dəyişikliyə əsasən, Marneuli Bələdiyyəsinin icra hakimiyyəti daha mövcud deyil, bugünkü göstəricilərə əsasən Marneuli Bələdiyyəsinin Meriası fəaliyyət göstərəcək.

Eləcə də Dekanoidzenin sözlərinə görə, Marneuli Bələdiyyəsinin Meriasının bugünkü göstəricilərlə 8 xidməti olacaq. Analiz və PR xidməti administrativ xidmətin tabeliyinə keçdi.

Marneuli Meriasında fəaliyyət göstərən xidmətlər aşağıdaklardır:

1. Administrativ xidmət

2. Maliyyə-büdcə xidməti

3. İqtisadiyyat xidməti

4. Nəzarət xidməti

5. Səhiyyə və Sosial Təminat xidməti

6. Mədəniyyət və İdman xidməti

7. Audit xidməti

8. Hərbi xidmət

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register