Mer Amiran Qiorqadzeni sakrebulo sədri olduğuna görə təbrik etdi

sakrebulo

Marneulinin meri Temur abazov sakrebulonun birinci iclasında sona qədər iştirak etdi. Səs vermədən sonra, nəticələr elan olunan kimi və sakrebulo sədri olaraq Amiran Qiorqadze elan olunduqda mer ona təbrik sözləri ilə müraciət etdi:

Biz onlarla (sakrebulo ilə) birgə, birlikdə çalışaq və rayonumuz üçün yaxşı işlər görək. Mən inanıram ki, bu dörd il nəticəli, vacib, tarixi və hər yaxşı işin ediləcəyi 4 il olacaq. Birgə, əl-ələ verib rayonumuzun qayğısına qalaq. İnanıram ki, bizim əməkdaşlığımız baş tutacaq və bələdiyyəmiz üçün hər şey edəcəyik” – dedi Abazov.

Bu gün, (20 noyabrda) altıncı çağırış sakrebulonun ilk iclası keçirildi. Səs vermə nəticəsində sakrebulo sədri olaraq Amiran Qiorqadze seçildi.

Xatırladaq ki, yerli özünüidarəetmə seçkilərinə qədər bir ay əvvəl Temur Abazov merlik üçün Amiran Qiorqadzenin namizədliyini əvəz etdi.

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register