“Dövlətdə uşaq hüquqları üstünlük olaraq ayrılmayıb”- Ana Arqanaşvili

ana arganashvili

Bu gün “Uşaq Hüquqları Konvensiyası”nın qəbul olunması günüdür. BMT Baş Assambleyası bu konvensiyanı 1989-cu il 20 noyabr tarixində yekdilliklə qəbul edib. Gürcüstan BMT-nin Uşaq Hüquqları konvensiyasına 1994-cü ildə qoşulub. Gürcüstanda uşaq hüquqlarının vəziyyəti barədə “İnsan Hüquqları Naminə Tərəfdaşlıq” təşkilatının rəhbəri Ana Arqanaşivili radiomuza danışdı və misal olaraq Avropa Komissiyası tərəfindən elan olunmuş hesabatı göstərdi ki, bu hesabata görə Gürcüstanda uşaqların kasıbçılığı, valideynlərin qayğısından kənar qalmış uşaqlar və dövlət tərəfindən nəzarət olunmayan uşaq evlərinin mövcudluğu ciddi problem olaraq qalmaqdadır. Buna səbə kimi isə dövlətin uşaq hüquqlarını prioritet olaraq görməməsini göstərir.

“Müəyyən tərəqqimiz var amma buna menecmenti gətirmək lazımdır. Tərəqqi olaraq məsələn, yetkinlik yaşına çatmamışların mühakimə olunmasına dair yeni məccəlləyə əsasən qazandığımız uğuru qeyd edə bilərik. Eləcə də məktəbəqədər hazırlığı vurğulaya bilərik. Amma bu azdır. Çünki bu gün uşaqlar yenə də ən müdafiəsiz səviyyəni təmsil edirlər. Dövlət bun qeyri-ciddi yanaşır. Məsələn, ətraf mühitin mühafizəsi uşaqlara təsir edir, eləcə də uşaqlara qarşı zorakılıq məsələləri. Bu baxımdan heç araşdırma da aparılmır. İlk növbədə dövlətin vahid siyasəti yoxdur. Bir neçə nazirlik bir-biri ilə əməkdaşlıq etmirdi. Çox yaxşıdır ki, Baş-Nazirin yanında insan hüquqları katibliyində müəssisələr arası şura yarandı və onların öhdəliyi BMT Konvensiyası ilə uşaq hüquqlarını nəzarət etməkdir. Son dövrdə həyata keçirilən müsbət iş budur. Ancaq problem budur ki, uşaqlara dair araşdırma aparılmır. Bunu ancaq BMT nin uşaq fondu edir. Öz tədqiqatları yoxdur. Məsələn, mandatorların daxil olması problemi azaltdimi. Bunları dövlət araşdırmır”.

Arqanaşvili erkən evlilik probleminin azalması üçün əsas strategiyanın koordinasiyalı fəaliyyət olduğunu dedi.

“Erkən evliyliyin aradan qaldırılmasının əsas strategiyası yenə də kkordinasiya olunmuş fəaliyyətdir. Ailə, məktəb,həkim, eləcə də bələdiyyə kimi müəssisələr birləşməsə bir müəssisə heçnə edə bilməyəcək. İndi QHT və qadın aktivistlər də rol oynayır. Məlumat verirlər. Ancaq unutmamlıyıq ki, məlumat vermək dövlətin öhdəliyidir. QHT-nin ümidinə olmamalıdır. Marneulidə müyyən dəyişikliklər var ancaq problem qalmaqdadır. Bir uşağın belə hüququ pozulsa bu bizim üçün qəbuledilməzdir. Bu halda dövlətin arqumenti mədəniyyət, ənənədir. Bu düzgün deyil. Dövlət icma ilə işləməlidir və maarifləndirmə yüksək olsa adətlət buna mane olmaz”.

Arqanaşvilinin dediyinə görə, idarələr arasında koordinasiyanın artırılması və dövlətin müəyyən dərəcədə məlumat və təhsilin gücləndirilməsi funksiyasını üzərinə götürməsi, yerli səviyyədə əsas dəyişikliklərin stimulyatorları olan qadınların gücləndirilməsi çox mühümdür.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register