TIG: “Bələdiyyə məclisinin iclasları ictimaiyyətə açıqdır”

gamg

Marneulinin yeni çağırış bələdiyyə məclisinin birinci iclasında aparatın sədri Nino Beridze iştirakçılara iclasın birbaşa yayımlanmasına icazə vermədi. Aparatın rəhbəri bunu bələdiyyənin 2014-cü il on birinci sərəncamının 10-cu maddəsi ilə izah etdi. Qeyd olunan maddəyə əsasən “Bələdiyyənin qərarı ilə bələdiyyə məclisinin açıq iclasları radio və televiziya eləcə də internet vasitəsi ilə yayımlana bilər”. Bu maddəyə əsasən bələdiyyə məclisinin iştirakçılara birbaşa yayımı qadağan etmək hüququ yoxdur. Çünki sərəncamın bu maddəsi bələdiyyə məclisinin öhdəliyindən bəhs edir və iştirakçıların hüquq-öhdəlikləri ilə heç bir əlaqəsi yoxdur.

Beynəlxalq Şəffaflıq Gürcüstanın hüquqşünası Tamta Kaxidze deyir ki, yerli özünüidarəetmə məcəlləsinə əsasən bələdiyyə məclisinin iclasları ictimaiyyət üçün açıqdır və bələdiyyə məclisinin ictimailiyi məhdudlaşdırmaq hüququ yoxdur.

 “Normalar bələdiyyə məclisinin öhdəliklərinə aiddir. Öhdəlik götürür ki, canılı facebook yayımı və televiziya yayımlansın. Burada jurnalist və ya iştirak edən ictimaiyyət fərqi yoxdur, iclas açıqdır və onlar işini görə bilərlər. Heç bir qanunvericilik, heç bir məcəllə bələdiyyə məclisinin iclasının yayımlanmasını, o cümlədən facebook yayımını qadağan etmir”.

“Yerli özünüidarəetmə məcəlləsi”nin 87-ci maddəsinə əsasən nəzərdə tutulub ki, bələdiyyə məclisi və bələdiyyə məclisinin komissiyasının iclasları ictimaidir, orada hər bir marağı olan şəxsin əvvəlcədən xəbərdarlıq etmədən və icazə almadan iştirak etmək hüququ var.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register