Kənd təsərrüfatı torpaqlarının pulsuz qeydiyyatı davam edir

miwa mo

Torpaq qeydiyyatı problemi Marneuli Bələdiyyəsində əhalini narahat edir. Yerlilər bildirirlər ki, kənd təsərrüfatı torpaq sahələrini qanuniləşdirə bilmirlər. Nino Macaraşvili Marneulidə yaşayır və artıq illərdir ki, kənd təsərrüfatı torpaq sahələrinə dair varislik hüququ əldə etmək istəyir, buna baxmayaraq məsələ alınmır.

“Qeydiyyat etdirib qanuniləşdirə bilmirəm. Çünki hökumət deyir rəsmiləşdirilmir. Heç bir məlumatım yoxdur hara getmişəmsə hamısı deyir rəsmiləşmir. Torpaq hökumətə verilməlidir və oradan sonra istəyəndə özün torpaq almalısan”.

Bu mövzu ilə bağlı İctimai Reestrin sədri, Papuna Uqrexelidze ilə söhbət apardıq. Onun sözlərinə görə, əhali üçün mülki hüquq əldə etməyi nəzərdə tutan torpağın qeydiyyatı reforması, 2016-cı ilin 1 avqustunda başlayıb və bu gün də davam edir.

“Gürcüstan vətəndaşı torpaq qeydiyyatına görə bizə müraciət edəndə biz onun vəkili oluruq. Bütün müəssisələrdən lazımi sənədləri təmənnasız əldə edirik.İstər Milli agentlik və ya bələdiyyə olsun. Araşdırırıq və mülki hüququ qeydiyyat edirik. Bir daha təkrar edirəm ki, bunların hamısını vətəndaş üçün öz resursumuzla təmənnasız edirik”.

Marneuli Bələdiyyəsində torpaq sahələrinin 2,6%-i artıq qeydiyyat olunub və bu 8414 topraq sahəsini nəzərdə tutur. Reformaya baxmayaraq, Nino Macaraşvili bugündə toprağını qanuniləşdirə bilmir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register