Seçkiqabağı vurulan plakatların sökülməsinin taleyi məlum deyil

plaketebi

Seçki plakatlarının sökülməsi üçün müəyyən olunmuş iki həftəlik müddət başa çatdı. “Marneuli” radiosu bu mövzuda bir həftə öncə süjet hazırlamışdı. Bir neçə partiya bildirmişdi ki, 2-3 günə sökəcəklər, lakin partiyaların sökülməmiş plakatları Marneuli küçələrində hələ də qalmaqdadır.

Marneuli meriyasının PR və İnformasiya şöbəsinin rəhbəri Mariam Çxaidzenin dediyinə görə, küçələr plakatlardan təmizlənməsə, nəzarət xidməti gələn həftədən müvafiq tədbirlər görəcək. Lakin hansı tədbirlər görüləcəyi ilə bağlı məlumatının olmadığını dedi.

Məsələni aydınlaşdırmaq üçün Nəzarət Xidmətinin rəhbəri vəzifəsini icra edən Devdar Devdariani ilə əlaqə saxladıq. O, bizə daha sonra özü zəng vuracağını desə də, zəng vurmadı, sonra isə bizim zəngimizə cavab vermədi.

Xatırladırıq ki, seçki məcəlləsinin 46-cı maddəsinə əsasən seçkiöncəsi müddətdə plakatlar yapışdıran partiyalar özləri sökməyə məcburdurlar. Bu isə Mərkəzi Seçki Komissiyası yekun nəticələri açıqladıqdan sonra iki həftə ərzində baş tutmalıdır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register