Borjomi və Kaxetidə yanmış ərazilərin bərpa işləri yazdan başlayacaq

Borjomi və Kaxetidə baş verən yanğın nəticəsində dəyən zərəri hesablyana Komissiya işlərini bitirib.
İPN-ə Milli Meşə Agentliyinin rəhbəri Tornike Qvazava bildirib ki, komissiya artıq mövcud vəziyyəti öyrənib, hal-hazırda isə əldə olunan göstəricilərin işlənilməsi gedir. Onun məlumatına görə, tamamlanmış məlumat cari ilin dekabr ayında ictimailəşdiriləcək.
O, bildirib ki, aktiv işlərə yazda başlanılacaq.
İşləri gələn ilin yazından həyata keçirəcəyik. Bu komissiyanın rekomendasiyasıdır ki, bu payızda heçnə edilməsin və işlər gələn ildən başlasın. Zərər gəldikdə isə indi məhz zərərin hesablanması prosesi gedir.
Mənbə: İpn.ge
marneulifm1106 Posts
0 Comments