Tbilisidə Qabriel Salosi küçəsində xüsusi əməliyyat zamanı silahlı qarşı durma baş verdi – video

xususi emeliyyat

Tbilisidə Qabriel Salosi küçəsində bütün gecə ərzində xüsusi əməliyyat keçirilirdi. Hal hazırda əməliyyat davam etməkdədir.

Qabriel Salosi küçəsində, xüsusi əməliyyatın keçirildiyi binanın sakinləri, təhlükəsizlik tədbiri olaraq, binadan evukasiya olunublar.

Yaşayın binasında gizlənən kriminallar polisə atəş açdılar. Hadisə yerindən partlayış səslərinin gəldiyi bildirilir.

Bina sakinlərinin dediyinə görə, hüquqmühafizəçilər binanın ikinci mərtəbəsində yığılıblar. Binadan çıxarılmalarının səbəbini isə, onlara açıqlayan olmayıb.

Binayı sarı lentlə sarıyıblar və orada bir neçə patrul ekipajı dayanıb və sakinlərin əraziyə daxil olmasına icazə verilmir.

Küçəsində həyata keçirilən xüsusi əməliyyata görə, 97-ci məktəbdə dərslər keçirilməyəcək – bu barədə bəyanatı Təhsil Nazirliyi verdi.

Nazirliyin dediyinə görə, məktəb hadisə yerinə yaxın yerləşir və əhaliyi riskə atmaq qeyri-məqbuldur.

Bugün buraxılan dərslər isə, şənbə günü keçiriləcək.

Xüsusi əməliyyatı Dövlət Təhlükəsizliyi Xidmətinin Kontrterorist departamenti həyata keçirir.

Mənbə: 1tv.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register