Immitasiya olunmuş “Qadın bələdiyyə məclisi” real bələdiyyə məclisinə fəaliyyət planı təqdim edəcək

qal sak

30 marneulili qadın, qadın problemlərinin həlli üçün çalışmağa başlayır. Onlar iki əsas istiqamətdə sosial və iqtisadi baxımdan çalışacaqlar. İş prosesində çalışan planı isə bələdiyyə məclisinə təqdim edəcəklər ki, gələn ilin büdcəsində nəzərə alsınlar. Qadınlar “Marneulinin Demokrat Qadınlar İttifaqının” və “Gender Bərabərliyinə Dəstək” layihəsi çərçivəsində çalışacaqlar. İş prosesi isə simmulasiya oyun “qadın bələdiyyə məclisi” adlanır. Layihə haqqında “Marneuli Demokrat Qadınlar İttifaqının” sədri Olqa Endeladze danışdı.

“Bələdiyyə məclisi qadın və ya kisinin olmamalıdır. Ancaq indiki qrupda qadınlar kəndlərdən və şəhərdən iştirak edirlər. İndi özlərinin sakrebulo iclaslarını formalaşdırmalıdırlar”.

Olqa Endeladzenin sözlərinə görə layihənin iştirakçıları real bələdiyyə məclisinin iclaslarında da iştirak edəcəklər. Eyni zamanda qadın bələdiyyə məclisinin iclaslarını da keçirəcəklər. İclaslar bələdiyyə məclisinin sədri Amiran Qiorqadzenin rəhbərliyi ilə keçiriləcək. 30 layihə iştitakçısı qadın müxtəlif icma və kəndlərdəndirlər. Şoqik Akopian Qırmızı kənddəndir, onun sözlərinə görə kənddə kəndlərdə yaşayan qadınlar bələdiyyənin ictimai-siyasi həyata qoşulmayıblar.

“Bizim kənddə qadınlar heç nəyə qoşulmayıblar. Üç tələbə ola bilər ondan da biri mənəm. Biz kənddən gəlirik. Bu gender baxımından bizim kənd üçün böyük addımdır”

Sabirkəndli Gülbən Əliyeva da eyni problemlərdən danışır.

“Yalnız təhsil deyil, erkən evliyin aradan qaldırılması, gender bərabərliyi və digər bir çox problemlər mövcuddur”.

Simmulyasiya oyunu qadın bələdiyyə məclisinin gender bərabərliyinə dəstək layuhəai çərçivəsində həyata keçirilir. Layihəni “Marneuli Demokrst Qadınlar Təşkilatı” həyata keçirir. Layihəyə “Marneuli Qadın Otağı” da qoşulub və “Açıq Cəmiyyət Gürcüstan Təşkilatının” maliyyə dəstəyi ilə həyata keçirilir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register