Araflı kəndində içməli susuz qalan yeddi ailənin problemi hələdə həll olunmayıb

icmeli su

Araflı kəndinə 7 ailənin içməli su problemi öz həllini tapmayıb. Kənd sakinləri “Marneuli” Radiosuna yenidən müracət edərək bildirdilər ki, onların problemləri ilə maraqlanan olmayıb və yenə də içməli suyu qonşu məhəllədən gətirdiklərini deyirlər. Həmin kəndə 4 ay bundan öncə su xətti çəkilsə də sakinlər bundan istifadə edə bilmirlər. Sakinlər hələ də içməli suyu qonşu məhəllədən gətirirlər və qonşuların həyətində olan quyu suyundan istifadə edirlər.

10 noyabr tarixində efirə gedən sujetmizdən məlum oldu ki, Şulaver ərazi vahidliyinin icra nümayəndəsi Arif Əhmədov bildirdi ki, bu haqqda məlumatı yoxdur və problemi 2-3 günə həll edəcəyinə söz verdi. 10 gün keçsə də məsələ öz həllini tapmayaraq qalmaqdadır.

Biz yenidən icra nümayəndəsi ilə əlaqə saxladıq və o bizə məlumat verdi ki, yaxın günlərdə problem öz həllini tapacaq.

Biz isə məsələyə aydılıq gətirmək üçün kəndlərin içməli su ilə təmin edən “SopTskali” idarəsinin direktoru Badri Kveladze əlaqə saxladıq o bizə bildirdi ki, onların bu haqqda məlumatı yoxdur. Bu gün onlar öz əməkdaşlarını bələdiyyəyə göndərəcək və işlərlə tanış olacaqlar. Bundan sora növbəti gündə isə məsələnin həlli üçün əməkdaşları kəndə gedərək məsələni həll edəcəyini bildirdi.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register