Marneuli uşaq bağçalarında valideynlər komitəsi yaranacaq

bagi 1

Son bir neçə həftədə Marneulinin uşaq bağçalarında iki fakt qeydə alınıb. Beş saylı bağçada qida məhsullarının oğurlanması faktı zamanı əməkdaş yaxalanıb, ikinci fakt isə Marneulinin bir saylı uşaq bağçasında müəllim tərəfindən yetirməyə kobud davrnışla əlaqədardır. Faktı bağçaya gələn uşaqlardan birinin valideyni qeydə alıb. Bu gün o, bu mövzu ilə bağlı bizə müsahibə vermək istəmədi.

Marneulinin uşaq bağçaları birliyinin rəhbəri Zaur Kərəmov bağçalarda valideyn komitələri haqqında danışdı. Bu Marneulidə əvvəl də mövcud olub. Ancaq ləğv olunub və bu il yalnız dörd saylı uşaq bağçasında qüvvədədir. Əsas məqsəd isə bağçalarda gedən proseslərin müşahidə olunmasıdır. Bütün bağçalarda komitənin yaradılması planlaşdırılır, valideyn komitəsi nümayəndə, nümayəndələr də rəhbər seçəcəklər.

“Uşaq bağçasının nümayəndəsi mətbəxə daxil ola, qidaların keyifyyətini yoxlaya biləcək. Qrupa daxil olub tədris prosesinin gedişatını nəzərdən keçirəcəklər. Təmizliyə, əməkdaşların nizam-intizamına diqqət yetirəcək və lazım olan halda qeydlərini bildirəcək”.

Zaur Kərəmovun sözlərinə görə, komitənin formalaşması gələn həftə bir saylı uşaq bağçasında olacaq. Yavaş-yavaş Marneulinin bütün bağçalarında komitə yaradılacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register