Çanaxçı məktəbinin tikintisi həyata keçiriləcək məktəb layihələri siyahısına düşəcək

chanaxchis skola

Çanaxçı məktəbinin şagirdlərinin dərs prosesi illərdir ki, vaqonda gedir. Uşaqlar, gözəl və yeni qurulmuş məktəb arzulayırlar. İstəyirlər məktəblərinin bufeti və idman zalı mütləq olsun. Ermənistanda baş verən zəlzələdən sonra məktəb binalarının tamamən uçması nəticəsində vaqona keçməli olublar. 2004-cü ildən vaqonda dərs alırlar. Direktor ümid edir ki, onların mütləq yeni məktəb binası olacaq.

“Uşaqlar üçün normal məktəb binası olsun.Bütün Gürcüstanda məktəblər var məncə vaqonlar təkcə bizdədir”.

Çanaxçı kəndinin məktəb direktoru Manana Manukia Təhsil nazirliyinə dəfələrlə müraciət edib. Ancaq onlardan cavab almayıb. Bizimlə söhbət zamanı tədris və elmi infrastrukturun inkişafı Agentliyinin direktor müavini Qiorqi Tinadze deyir ki, onlar xüsusən kişik kontigentli məktəblər üçün layihə həyata keçirirlər. İndiki mərhələdə 19 məktəbin tikintisi gedir, Çanaxçı məktəbinin tikintisi isə gələn il üçün planlaşdırılır.

“Təxminən 2018-cu ilin sonuna planlaşdırılır. Proses vaxt aparır hamısını eyni vaxta edə bilmərik. Ona görə də mərhələ ilə həyata keçiririk. Mütləq müasir materiallarla təmir olunacaq”.

Çanaxçı məktəbində indi 17 şagird təhsil alır. Onların məktəbində yalnız doqquzuncu sinifə qədər təhsil ala bilirlər, 12-ci sinfi bitirmək üçün isə Ağkörpü məktəbinə getməli olurlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register