Xüsusi əməliyyat zamanı xüsusi təyinat dəstəsinin bir əməkdaşı həlak oldu, DİN-in iki əməkdaşı isə, ağır yaralandı
Tbilisidə, Qabriel Salosi küçəsində 20 saat ərzində həyata keçirilən xüsusi əməliyyat zamanı, xüsusi təyinat dəstəsinin bir əməkdaşı həlak oldu, DİN-in iki əməkdaşı isə, ağır yaralandı.
Bu barədə bəyanatı Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin rəhbəri Nino Giorqobiani verdi.
Onun dediyinə görə, Daxili İşlər Nazirliyinin iki əməkdaşı yaralıdır.
“Həyatı bahasına vətəndaşlarımızı qorumağa çalışan qəhraman polislərimizə və həmçinin, hüquqmühafizəçilərə dəstək olduqları üçün, xalqa təşəkkür edirik” – dedi Nino Giorqobiani.
Mənbə: 1tv.ge
Amil Məmmədov2286 Posts
0 Comments