Gürcüstanın Daxili İşlər Naziri Qiorqi Qaxaria Tbilisidə baş verən terrora rəy bildirib

polis

Gürcüstanın Daxili İşlər Naziri Qiorqi Qaxarianın sözlərinə görə, Tbilisidə beynəlxalq terrorizm faktının yeri var idi, ancaq 21-22 noyabrda baş verən cinayətə yekun kvalifikasiyanı prokurorluq verəcək və nazirin sözlərinə görə “bu günlərdə məlum olacaq”. Bu haqda Netgazetiyə məlumat verilib.

“Bu terrora cəhd idi. Kvalifikasiyanı bu gün prokurorluğun müvafiq orqanları həyata keçirirlər və bunların hamısını gözləməliyik. Bu günlərdə bunların hamısı aydınlaşacaq.

Başqa ölkələrdə də istintaq gedir, hamını yaxşı başa düşürük ki, məsələ beynəlxalq terrorizm faktına aiddir və istintaq gedir, istintaqı gözləyək”, – jurnalistlərə bildirib Qiorqi Qaxaria.

O, eləcə də jurnalistlərin məlumat yayılıb ki, guya öldürülənlər arasında Əhməd Çatayev də var və binada eləcə də qadın və uşaqlar da olublar sualına cavab verib.

“Bu versiya və istiqamətlərdir. Məzmuni baxımdan müzakirə aparmaq üçün, istintaqın bitməsini və ekspertizanın gözləməliyik”, – bildirin Dİ naziri.

Xatırladaq ki, 21 noyabr tarixində saat 20:00-da Tbilisidə, Qabriel Salos küçəsində xüsusi əməliyyat başladı, 22 noyabr saat 17:30-da başa çatıb. Xüsusi əməliyyat zamanı davamlı atışmanın, partlayışların, yanğının yeri var idi və nəticədə 1 xüsusi təyinatlı və DTX-nin cinayətkar qrup adlandırdığı həmin qrupdan 3 şəxs öldürülüb, ancaq onlar hansı cinayətdə ittiham olunublar bu zamana kimi heç bir rəsmi müəssisə bildirməyib və istintaq aparan müvafiq hərbi müəssisələr də konkret cinayət məcəlləsi maddəsi haqqında bildirməyiblər.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register